Avqustun 13-də Türkiyənin cənubundakı Osmaniyə vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. SİA Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatlarına istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:45-də qeydə alınıb. Yeraltı təkanların episentri Kadirli rayonu, ocağı isə 5,12 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Qeyd edək ki, Osmaniyə 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlərdən ən çox zərər çəkən 11 Türkiyə vilayəti arasındadır. Faciə bu vilayətin minə qədər sakininin həyatına son qoyub, Türkiyədə zəlzələ qurbanlarının ümumi sayı isə 53 min nəfəri keçib.
Daha çoxDay: August 14, 2025
Avropalı liderlərdən Rusiyaya qarşı beş şərt…
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə görüşdən əvvəl Avropa ölkələrinin liderləri ilə birgə videokonfransda iştirak edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski onlayn müzakirələrdə iştirak etmək üçün Berlinə səfərə gəlib. Berlində Ukrayna Prezidentini Almaniya Kansleri Fridrix Merts qarşılayıb. Fridrix Merts və Volodimir Zelenski ikitərəfli görüşdən sonra videokonfransda iştirak ediblər. Yerli mediada yer alan xəbərlərə görə, görüşdə avropalı liderlər Rusiyaya qarşı beş şərt irəli sürüblər. Bu şərtlər növbəti mərhələdə keçiriləcək bütün danışıqlarda Ukraynanın da iştirak etməli olması, danışıqların başlanğıc nöqtəsi kimi dərhal atəşkəsin…
Daha çoxMark Zukerberqin “görəcəkli günlərini yaşayan” qonşuları…
Milyarder ən azı 11 ev almaq üçün 110 milyon dollardan çox pul xərcləyib… …Uzun illər hüquqşünasların, iş adamlarının və Stenford professorlarının məskəni olan Palo Alto şəhərinin prestijli Crescent Park ərazisində həyat sakit və ölçülü idi. Ancaq 14 il əvvəl, Facebook-un qurucusu Mark Zukerberq buraya köçəndən sonra hər şey dəyişib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə New York Times yazır. …Bu müddət ərzində milyarder ən azı 11 ev almaq üçün 110 milyon dollardan çox pul xərcləyib, onları əsas evi, qonaq binaları, hovuzu və uşaqlar üçün…
Daha çox"Avropa Rusiyanı ağrılı yerinə vura bilər…"
“Avropa Rusiyanı ağrılı yerinə vura bilər…”
Daha çoxRuslar jurnalist Dmitri Qordonu öldürməyə hazırlaşırdılar…
Ukrayna Təhlükəsizlik Xidməti iki sui-qəsd cəhdinin qarşısını aldı. …Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının sifarişi ilə jurnalist Dmitri Qordona qarşı iki sui-qəsdin qarşısını alıb. Hadisəni törədən şəxslər əvvəlcədən saxlanılıblar. SİA-nın məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk “Biz Ukraynayıq” telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, iki qrup Qordonu aradan götürməyə çalışıb, çünki Qordon rusların Solovyovundan fərqli olaraq həqiqəti deyir və ona görə də Rusiyada izlənir. … Malyuk deyir ki, bir qrup Regionlar Partiyasından olan keçmiş xalq deputatı ilə işləyirdi, onun soyadı Qruşevskidir. O, hazırda həbsdədir.…
Daha çoxHindistanın ən böyük bankı “Rosneft”in aktivləri ilə işləməkdən imtina edib
Bu, ölkənin digər bankları üçün siqnal ola bilər. Hindistanın ən böyük dövlət bankı Rosneft-in nəzarətində olan Nayara Energy neft emalı zavoduna xidmət göstərməyi dayandırıb. Qərar ABŞ və Avropa İttifaqının sanksiyaları altına düşmə riski ilə bağlıdır. SİA xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” nəşri məlumat yayıb. Hindistan Dövlət Bankı (SBI) “Rosneft”in faktiki nəzarətində olan Nayara Energy üçün ödəniş emalını dayandırıb. …Beynəlxalq qaydalara riayət olunmasını təmin etmək üçün bu qərar bank tərəfindən kifayət qədər yaxınlarda ABŞ tariflərinin tətbiqindən sonra qəbul edilib. Hökumətin göstərişləri yox…
Daha çoxPutin təlaşlanıb: sübut onun iqamətgahında tapılıb…
Putin təlaşlanıb: sübut onun iqamətgahında tapılıb…
Daha çoxİtaliya sahillərində miqrantların olduğu iki qayıq batıb, azı 26 nəfər ölüb
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan iki qayıq batıb. SİA xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə ümumilikdə 61 nəfər xilas edilib, həmçinin sudan 26 cəsəd çıxarılıb. İtkin düşənlərin axtarışları davam edir. Sağ qalanların sözlərinə görə, iki qayıqda ümumilikdə 90-100 miqrant olub. Mühacirlərin Liviyanın Tripoli şəhərindən yola düşdüyü və Pakistan, Sudan, Somali vətəndaşları olduqları bildirilib. İtaliyanın Baş naziri Ciorcia Meloni deyib: “Bugünkü faciənin baş verməsi bizi xəbərdar edir ki, lazımi xilasetmə müdaxiləsi kifayət deyil və hər şeydən əvvəl dramatik problemin səbəblərini həll etmir”.…
Daha çoxBolqarıstan mətbuatında Azərbaycan-Ermənistan sülh müqaviləsinin əhəmiyyətinə dair məqalələr dərc olunub
Bolqarıstan mətbuatında Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən Vaşinqton şəhərində imzalanmış birgə bəyannamənin, habelə xarici işləri nazirləri tərəfindən paraflanmış sülh müqaviləsinin beynəlxalq siyasi əhəmiyyəti ilə bağlı məqalələr dərc olunub. SİA xəbər verir ki, yayılan məqalələrdə Azərbaycan və Ermənistan liderlərinin on illiklər davam edən münaqişəyə son qoyulması üzrə yekun sülh sazişinin təsdiq etməsi və bunun regional və qlobal təhlükəsizliyə və inkişafa əhəmiyyətli dərəcədə töhfə verməsi yüksək təqdir olunur. Əldə olunmuş razılaşmanın Asiya ilə Avropanı birləşdirən beynəlxalq bağlantıların təmin olunması və regional kommunikasiyaların açılması baxımından önəmli əhəmiyyət daşıdığı vurğulanır. Azərbaycanın əsas hissəsi…
Daha çoxO kinoda necə deyir: “…az ye, kök adam küt olur”..?
O kinoda necə deyir: “…az ye, kök adam küt olur”..?
Daha çox