Serbiya Prezidenti Aleksandar Vuçiç prezidentliyə yenidən namizəd olmaq üçün Konstitusiyaya dəyişiklik etməyi düşünmədiyini bəyan edib. SİA xəbər verir ki, Aleksandar Vuçiç prezidentlik müddətinin il yarımdan sonra başa çatacağını vurğulayıb.
“Seçkilərdə xalqın nə deyəcəyini görəcəyik. Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm və bunun üçün də Konstitusiyaya dəyişiklik etməyi düşünürəm”, – deyə o qeyd edib.
Aleksandar Vuçiç gələcəkdə də siyasi müstəvidə yardım etməyə və aktiv fəaliyyətlə məşğul olmağa davam edəcəyini, lakin indi bunu hansı mövqedən edəcəyi barədə danışmaq istəmədiyini bildirib.