“Kişi qadından 10 addım irəlidədir”


“Boşanan ailələrin boşanma səbəbləri müxtəlif formadadır. Ailə var “qadının”, ailə var “kişinin”, ailə də var ana-ata ucbatından dağılır”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.

Ofelya Şabanova sözlərinə belə davam edib: “Son illəri müşahidə etsək, boşanmaların 80 faizinə qadınlar səbəb olurlar. İndiki xanımların 80-90 faizi “sərbəst olmaq istəyirəm” kimi cılız və məntiqsiz düşüncələrlə ailə qurur. Bəli, mən hər zaman deyirəm. Kişi qadından 10 addım irəlidədir.

Qadın ailəsinin dağılmasını istəmirsə, ailə söhbətlərində qadın güzəştə getməlidir. Amma indi xanımların əksəriyyəti həyat yoldaşına ədəbsiz olaraq kobud cavab verir. Bu da sonda ailədə soyuqluq yaradır və boşanırlar. Boşanandan sonrada ərini günahkar edir. Amma düşünmür ki, mən həyasızlıq etdiyim üçün ailəm dağılıb.

“Hər bir insan başqa bir ölkəyə gedərkən həmin ölkənin qanunları ilə maraqlanır, razı olduğu halda həmin ölkəyə səfər edir və istəsədə istəməsədə həmən ölkənin qanunlarına riayət etməlidir. Təbii ki sən yad ölkənin qanunlarına riayət etməsən, səni həmən ölkədən “Depot” edəcəklər.

Bir xanım ailə qurarkən anlamalıdır ki, mən sanki başqa ölkəyə səfər edirəm. Həmin ölkənin qanunlarına əməl etməliyəm. Ailə qurmaq asandır, amma ailəni qoruyub saxlamaq çox çətindir.

Xanımlar, ailə müqəddəsdir. Qədrini bilin. Zaman gələcək peşman olacaqsınız, amma gec olacaq.

Yekunda demək istəyirəm ki,10 ildən sonra Qocalar evinin qarşısında kişilərdən çox qadınlar olacaq”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər