Uşaqlar arasında məktəbdən yayınma hallarının səbəbləri araşdırılıb

Uşaqların Psixi Sağlamlığı Vəqfi adından aparılan yeni sorğu ABŞ-də uşaqlar arasında məktəbdən yayınma hallarının ciddi ölçüdə yayıldığını ortaya qoyub. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmaya görə, keçən il övladının qorxu və ya narahatlıq səbəbilə məktəbə getmədiyini bildirən valideynlərin təxminən üçdə biri (30 faiz) uşaqlarının bir həftədən artıq məktəbə davam etmədiyini diqqətə çatdırıb. Sorğuda 1000-dən çox valideyn iştirak edib və nəticələr göstərib ki, məktəbi buraxan hər beş şagirddən ikisi (42 faiz) özünü fiziki olaraq iştirak üçün kifayət qədər yaxşı hiss etmədiyini, 20 faizi isə həddindən artıq yorğunluq səbəbi ilə…

Daha çox

“Podul” Tayvanı vurdu, Çinə doğru hərəkət edəcək

“Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyin sürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb. Məlumata görə, hakimiyyət orqanları 5 mindən çox insanı təxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib. Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb. Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağı proqnozlaşdırılır. “Qasırğa bu həftənin sonunda Çinin cənub Futszyan əyalətinə doğru hərəkət edəcək.

Daha çox

Rusiyadan qaçan aktrisa hazırda Parisdə taksi sürücüsü işləyir…

…O, aktyorluq karyerasını tərk etməli olduğunu etiraf edib. İndi kino ulduzu başqa yollarla pul qazanmağa çalışır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı aktrisa Mariya Şalaeva üç il əvvəl ölkəni tərk etmək qərarına gəlib. Rusların yazdığına görə, ancaq xaricdəki həyat nəticə verməyib. Belə ki, o, Fransaya köçdükdən sonra taksi sürücüsü kimi işə düzəlib. Sosial şəbəkələrdə Şalaeva etiraf edib ki, aktyorluq karyerasını tərk edib başqa yollarla pul qazanmağa çalışmalı olub. Onun sözlərinə görə, bu, çətin, yöndəmsiz və utancvericidir. Aktrisa etiraf edib ki, taksi sürücüsü kimi işlədiyi ilk gün əsəbi olub,…

Daha çox

Türkiyənin Osmaniyə vilayətində 4,1 bal gücündə zəlzələ baş verib

Avqustun 13-də Türkiyənin cənubundakı Osmaniyə vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. SİA Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatlarına istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:45-də qeydə alınıb. Yeraltı təkanların episentri Kadirli rayonu, ocağı isə 5,12 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Qeyd edək ki, Osmaniyə 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlərdən ən çox zərər çəkən 11 Türkiyə vilayəti arasındadır. Faciə bu vilayətin minə qədər sakininin həyatına son qoyub, Türkiyədə zəlzələ qurbanlarının ümumi sayı isə 53 min nəfəri keçib.

Daha çox

Avropalı liderlərdən Rusiyaya qarşı beş şərt…

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə görüşdən əvvəl Avropa ölkələrinin liderləri ilə birgə videokonfransda iştirak edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski onlayn müzakirələrdə iştirak etmək üçün Berlinə səfərə gəlib. Berlində Ukrayna Prezidentini Almaniya Kansleri Fridrix Merts qarşılayıb. Fridrix Merts və Volodimir Zelenski ikitərəfli görüşdən sonra videokonfransda iştirak ediblər. Yerli mediada yer alan xəbərlərə görə, görüşdə avropalı liderlər Rusiyaya qarşı beş şərt irəli sürüblər. Bu şərtlər növbəti mərhələdə keçiriləcək bütün danışıqlarda Ukraynanın da iştirak etməli olması, danışıqların başlanğıc nöqtəsi kimi dərhal atəşkəsin…

Daha çox

Mark Zukerberqin “görəcəkli günlərini yaşayan” qonşuları…

Milyarder ən azı 11 ev almaq üçün 110 milyon dollardan çox pul xərcləyib… …Uzun illər hüquqşünasların, iş adamlarının və Stenford professorlarının məskəni olan Palo Alto şəhərinin prestijli Crescent Park ərazisində həyat sakit və ölçülü idi. Ancaq 14 il əvvəl, Facebook-un qurucusu Mark Zukerberq buraya köçəndən sonra hər şey dəyişib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə New York Times yazır. …Bu müddət ərzində milyarder ən azı 11 ev almaq üçün 110 milyon dollardan çox pul xərcləyib, onları əsas evi, qonaq binaları, hovuzu və uşaqlar üçün…

Daha çox

Ruslar jurnalist Dmitri Qordonu öldürməyə hazırlaşırdılar…

Ukrayna Təhlükəsizlik Xidməti iki sui-qəsd cəhdinin qarşısını aldı. …Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının sifarişi ilə jurnalist Dmitri Qordona qarşı iki sui-qəsdin qarşısını alıb. Hadisəni törədən şəxslər əvvəlcədən saxlanılıblar. SİA-nın məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk “Biz Ukraynayıq” telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, iki qrup Qordonu aradan götürməyə çalışıb, çünki Qordon rusların Solovyovundan fərqli olaraq həqiqəti deyir və ona görə də Rusiyada izlənir. … Malyuk deyir ki, bir qrup Regionlar Partiyasından olan keçmiş xalq deputatı ilə işləyirdi, onun soyadı Qruşevskidir. O, hazırda həbsdədir.…

Daha çox

Hindistanın ən böyük bankı “Rosneft”in aktivləri ilə işləməkdən imtina edib

Bu, ölkənin digər bankları üçün siqnal ola bilər. Hindistanın ən böyük dövlət bankı Rosneft-in nəzarətində olan Nayara Energy neft emalı zavoduna xidmət göstərməyi dayandırıb. Qərar ABŞ və Avropa İttifaqının sanksiyaları altına düşmə riski ilə bağlıdır. SİA xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” nəşri məlumat yayıb. Hindistan Dövlət Bankı (SBI) “Rosneft”in faktiki nəzarətində olan Nayara Energy üçün ödəniş emalını dayandırıb. …Beynəlxalq qaydalara riayət olunmasını təmin etmək üçün bu qərar bank tərəfindən kifayət qədər yaxınlarda ABŞ tariflərinin tətbiqindən sonra qəbul edilib. Hökumətin göstərişləri yox…

Daha çox