Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 14-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…
Daha çoxDay: August 14, 2025
Ruslar Zmeynı yaxınlığında Su-30SM döyüş təyyarəsini itiriblər
Rusiyaya məxsus qırıcı təyyarənin qalıqları dəniz səthində tapılıb. Ukrayna Hərbi Dəniz Qüvvələrinin kəşfiyyatçıları Zmeynı adasının cənub-şərqində tapşırıqları yerinə yetirən rusların Su-30SM təyyarəsi ilə əlaqənin kəsilməsi barədə radioqəbul edib. Çox güman ki, qırıcı təyyarə naməlum səbəblərdən qəzaya uğrayıb. Hərbi Dəniz Qüvvələri işğalçıların axtarış-xilasetmə əməliyyatı apardığını bildirib. İlkin məlumata görə, dəniz səthində təyyarə qalıqları aşkar edilib. SİA-nın məlumatına görə, pilotlar hələ də tapılmayıb. Əli Babayev
Daha çoxİmzalanan müqavilə yeni müharibənin anonsu adlandırıldı..?
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-da keçirilən görüşdə imzaladığı saziş regionda yeni müharibənin başlanacağını elan edəcək sənədə çevriləcək. SİA-nın məlumatına görə, bunu RT-yə müsahibəsində erməni politoloq Xaçik Qalstyan deyib. …ABŞ-ın nəzarətində olan dəhliz sırf Türkiyə və Azərbaycanın maraqlarına xidmət edəcək. Regiondakı iki əsas oyunçunun – İran və Rusiyanın maraqlarına məhəl qoyulmayacaq, – o vurğulayıb. Ekspert əlavə edib ki, İran və Rusiya “təmiz oturmayacaq”, Ermənistan isə “yeni bölücü xətlərə və yeni regional münaqişə üçün böyük potensiala malik yeni Suriyaya” çevriləcək..? …Avqustun 8-də Nikol Paşinyan və İlham Əliyev…
Daha çoxCeyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu telefon danışığı zamanı Vaşinqton görüşünü müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qazaxıstanın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, iki ölkə arasında baş…
Daha çoxXəstəliyin yayılması ilə əlaqəli ilk listerioz hadisəsi qeydə alınıb
“Sciensano” İctimai Səhiyyə İnstitutu Belçikada ilk listerioz hadisəsi barədə məlumat verib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə “Brüssel Tayms” qəzeti xəbər verir. İnfeksiya Fransada yoluxmuş pendirin səbəb olduğu xəstəliyin yayılması ilə əlaqələndirilir. Xəstələnmiş vətəndaşın vəziyyəti hələ dəqiqləşdirilmir. Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyinin (FAVV) nümayəndəsi Elen Bontenin sözlərinə görə, müəyyən edilmiş ştam Fransada aşkar edilən ştamla eynidir. Belçikada ilk yoluxma halı barədə əlavə məlumat hələ ki, yoxdur. Bonte vurğulayıb ki, ciddi nəzarət tədbirlərinə baxmayaraq, listeriya bakteriyalarının qida məhsullarına düşməsi ehtimalını tamamilə istisna etmək mümkün deyil. “Biz steril mühitdə yaşamırıq.…
Daha çoxAzərbaycan və Ermənistan davamlı sülhə doğru əhəmiyyətli addım atıb
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə sadiq qalır. SİA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta “X” hesabında yazıb. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in tarixi paraflanması həm hər iki ölkə, həm də region üçün davamlı sülhə doğru əhəmiyyətli addımdır”, – o qeyd edib. Siyasətçi qeyd edib ki, bu həftənin əvvəlində Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqları aparıb. Koşta həmçinin vurğulayıb ki, Aİ imzalanmış sazişlərin həyata keçirilməsinə dəstək göstərilməsinə və regional bağlantıların gücləndirilməsinə…
Daha çoxDoqquz qadın iki oğranın toruna düşüb…
Rusiyada, Belqorodda 9 qadını fahişəliyə məcbur edən iki yerli sakin saxlanılıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kişilərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 241-ci maddəsinin 1-ci hissəsi (“Fahişəliyin təşkili”) ilə cinayət işi açılıb. Onlara ölkəni tərk etməmək barədə yazılı öhdəliklər verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, təqsirləndirilən şəxslər müştərilərdən sifariş alıb və işçilərini onlara çatdırıblar. Bundan əlavə, onlar gəlirlərin bölüşdürülməsi ilə məşğul olurdular. Onlar sauna və otellərdə fahişəlik təşkil ediblər. Onlar ən azı doqquz qadını işə cəlb edə biliblər. Onların…
Daha çoxAzərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər
Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə Müstəqillik Günü və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi parad keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycanın Pakistandakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər. Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı tədbridə ölkəni Azərbaycan Ordusunun parad heyəti təmsil edib. https://youtu.be/7dxtr7_TCnc?si=u9pM-5OYZuNoHJkq
Daha çoxLitvada baş nazir vəzifəsinə namizəd müəyyənləşib
Gitanas Nauseda Seymin İnqa Ruqinieneni bu vəzifəyə təsdiq etməsini təklif etdi… …Litva Prezidenti Gitanas Nauseda İnqa Ruqinienenin baş nazir postuna namizədliyini parlamentə təqdim edib. SİA xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Cümə axşamı Litva prezidenti keçmiş hökumət başçısı Gintautas Paluckasın keçmişi və biznesi ilə bağlı artan suallara görə istefası ilə əlaqədar sosial demokratlar tərəfindən təklif edilən İnqa Ruqinienenin Baş nazir vəzifəsinə namizədliyini Seymə təqdim edib. Parlament daha sonra onun namizədliyini dəstəkləməlidir, bundan sonra Baş nazir öz hökumətinin tərkibini və prezidentlə razılaşdırılmış proqramı 15…
Daha çoxRusiya rəsmlərinin Azərbaycana qarşı ritorikası: itirilən hegomoniyanın “ayıltma əməliyyatı”
Cənubi Qafqazda son beş ildə baş verən əsaslı geosiyasi dəyişikliklər,xüsusilə Azərbaycanın 2020-ci ildə Qarabağ üzərində hərbi və diplomatik qələbəsi, bölgənin güc balansını tamamilə yenidən formalaşdırdı.Bu yeni reallıqla Rusiya Federasiyası-tarixi imperiya vərdişlərindən əl çəkməyən regional güc -Azərbaycana qarşı ritorikasında daha açıq tənqid, təhdid və təsir etmə cəhdlərinə meyl göstərməyə başlayıb. Bunun fonunda Azərbaycan isə “Ayıltma Əməliyyatı” adlandırıla biləcək bir strategiya ilə bu basqılara qarşı rasional və suveren mövqe nümayiş etdirir. Rusiya Rtorikasının səbəbləri. Geosiyasi “Paxmel” və İtirilmiş Mövqelər. Rusiya rəsmlərinin bəzən emosional, bəzən isə açıq-aşkar təhdid xarakterli çıxışları, Kremlin postsovet məkanında…
Daha çox