Çin XİN rəhbəri Vanq Yi növbəti həftə Yeni Dehliyə səfər edəcək və Hindistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüş keçirəcək. SİA-nın məlumatına görə, bu barədə iki anonim mənbə “Reuters”-ə məlumat verib. Qeyd olunana görə, tərəflər sərhədboyu bölgədə mübahisəli ərazilər barədə müzakirələr aparacaqlar. Əlavə olaraq, Hindistanın Baş naziri Narendra Modi bu ayın sonunda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfər edəcək. Onun bu səfəri Hindistan Baş nazirinin son 7 il ərzində Çinə ilk səfəri olacaq.
Daha çoxDay: August 14, 2025
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib
Avqustun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib. SİA xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin birgə fəaliyyəti sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə çatdığı qeyd olunub. Prezident İlham Əliyevin cari ilin aprel ayında bu ölkəyə rəsmi dövlət səfəri çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq…
Daha çoxTürkiyə terror təhlükəsini sıfra endirməyi hədəfləyir
Bu gün biz “Terrorsuz Türkiyə” prosesində yeni səhifə açırıq və ölkəmizə qarşı terror təhlükəsi ehtimalını sıfra endirməyi hədəfləyirik. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 24-cü ildönümünə həsr olunmuş təntənəli tədbirin iştirakçıları qarşısında çıxış edərkən bildirib. Dövlət başçısının sözlərinə görə, konstruktivlik mühitinin qorunub saxlanılması və terrorizmə qarşı mübarizə üçün bütün məsələlərin həll edilməsi çox vacibdir. “Türkiyədə siyasi qüvvələrin müxtəlif mövzularda mövqeləri üst-üstə düşməyə bilər və bu, normaldır. Lakin “Terrorsuz Türkiyə” məsələsində fikir ayrılığı olmamalıdır. “Xroniki…
Daha çox“Azərbaycanın güclənməsi bəzi regional gücləri ciddi şəkildə narahat edir”
“Tarixin müxtəlif dövrlərində qlobal güc siyasətindən bəhrələnən bəzi regional dövlətlər vaxtilə indiki Azərbaycan ərazilərini ilhaq edərək, bizi öz təsiri altında saxlamağa çalışıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib. Onun sözlərinə görə, çox təəssüf ki, bənzər tendensiya müasir dövrdə də müxtəlif formalarda davam etdirilməkdədir. Belə ki, ildən-ilə Azərbaycanın güclü dövlətə çevrilməsi, İkinci Qarabağ müharibəsi ilə torpaqlarını azad etməsi, Prezident İlham Əliyevin isə dünya miqyasında nüfuzunun artması İran və Rusiya kimi gücləri ciddi şəkildə narahat edir: “Çünki tarixdən gələn imperialist ideologiyanın buxovundan xilas olmayan həmin ölkələr Cənubi Qafqaza öz…
Daha çoxMüdafiə Nazirliyi Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Müdafiə Nazirliyi Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Daha çoxModinin hesablaşma anı indidirmi?..
Trampın tariflərindən Hindistanın daxili siyasi problemlərinə qədər… Hindistanın baş naziri Narendra Modi 11 illik hakimiyyətinin ən çətin dövrlərindən birini yaşayır. O, eyni zamanda xarici siyasət, iqtisadi və daxili problemlərlə üzləşir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Policy yazır. …Əsas təhlükə ABŞ-dan gəlir, burada prezident Donald Tramp Hindistan mallarına 50 faizə qədər tariflər tətbiq etməklə hədələyir ki, bu da Asiyadakı rəqiblərinə tətbiq edilən tariflərdən xeyli yüksəkdir. Eyni zamanda, Modi Vaşinqtonla münasibətlərdə böhranı daha da kəskinləşdirən və ABŞ-ın İslamabadla əlaqələrini gücləndirən Pakistanla may münaqişəsinin nəticələri…
Daha çox"Ermənistan revanşizminə qarşı tədbirlər görülür" – ŞƏRH EDİLDİ
“Ermənistan revanşizminə qarşı tədbirlər görülür” – ŞƏRH EDİLDİ
Daha çoxPutinin Trampla görüşü zamanı Rusiyaya kim rəhbərlik edəcək..?
Rusiyada heç bir mühüm qərar prezident Vladimir Putinsiz qəbul edilə bilməz. SİA-nın əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev deyib. O qeyd edib ki, Rusiyada “baş nazir prezidentin, sonra isə parlament palatalarının spikerlərinin arxasınca getdiyi” aydın iyerarxiya mövcuddur. Juravlev son sözü həmişə Putinin deyəcəyinə diqqət çəkib və dövlət başçısının Alyaska səfəri zamanı hakimiyyətin cilovunun başqasına keçməsi ilə bağlı “heç bir illüziyaya qapılmamağa” çağırıb. …Müdafiə naziri və ya Baş Qərargah rəisi bəzi addımlara təsir edə bilər… lakin son söz həmişə və hər şeydə Rusiya prezidentinə…
Daha çox“Aparıcı dövlətlər İranın hərəkətlərindən narahatdır”
“Bugünkü İranın vəziyyəti çox çətindir. İran iqtisadiyyatı dünya ölkələri ilə müqayisədə çox aşağı səviyyədədir. İnsanlar yaşayış üçün və ailələrini dolandırmaq üçün pul tapa bilmir, üstəlik son zamanlar su çatışmazlığı kimi problemlər də ortaya çıxıb. Bu gün İran insanları içməli su problemi ilə üzləşir, həyat səviyyəsi aşağıdır və işsizlik getdikcə artır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, hakimiyyət isə bu problemlərin həlli üçün ciddi tədbirlər görmür və ya görə bilmir. Təbii ki, bütün bu problemlərin səbəbini hakimiyyət daxilində deyil, onlara qarşı tətbiq olunan sanksiyalarda görürlər: “ABŞ…
Daha çoxBakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib
Azərbaycan Müdafiə Nazirliyi və NATO-nun Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda “NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya” (STRATCOM) mövzusunda kurs keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin bir qrup şəxsi heyəti ilə yanaşı digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib. Kurs müddətində iştirakçılar müxtəlif mövzularda təqdimatları dinləyib, qarşılıqlı müzakirələr aparılaraq suallar cavablandırılıb,…
Daha çox