Bakı Dəmiryol Vağzalının parklanma xidməti metro şaxtasının tikintisinə görə müvəqqəti dayandırılır. SİA bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, “Bakı Metropoliteni” QSC uzunluğu 200 metrə yaxın tunelin inşasına hazırlıq işləri çərçivəsində “28 May” metro stansiyası ətrafında Bakı Dəmiryol Vağzalının yaxınlığında havalandırma şaxtasının tikintisinə başlayır. Tikinti meydançalarından biri Vağzalın Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində sərnişinlər üçün qarşılama və yola salma məqsədilə yenidən qurulmuş avtomobil parklanma sahəsində yerləşir. Təhlükəsizlik tələblərinin yerinə yetirilməsi məqsədilə ərazi hasarlanacaq, parklanma xidməti müvəqqəti olaraq dayandırılacaq. Sərnişinlər vağzal ərazisinə parklanma sahəsindəki…
Daha çoxDay: August 14, 2025
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatır
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Avqustun 12-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 939,1 min hektar sahənin 924,4 min hektarı və yaxud 98,4 %-i biçilərək məhsulu yığılıb. Sahələrdən 2 milyon 971,8 min ton məhsul toplanılıb, məhsuldarlıq 32,1 sentner olub. Məhsulun 1 milyon 582,8 min tonunu və yaxud 53,3 %-ni buğda, 1 milyon 349,9 min tonunu və yaxud 45,4 %-ni arpa, 39,1 min tonunu və…
Daha çox“Prezident İlham Əliyevin Vaşinqton səfəri sülh prosesinə yeni nəfəs verdi”
“Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın diplomatik mövqelərinin daha da güclənməsi ilə nəticələndi və regional sülh prosesinə yeni nəfəs verdi”. Bu fikirləri politoloq Tural İsmayılov SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, bu səfər bir daha göstərdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin təminatçısı rolunu Bakı oynayır:“İlham Əliyevin liderliyi müharibədə əldə edilən qələbədən sonra sülhün davamlı olmasına yönələn strateji addımlarla tamamlandı. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün, həm də suverenliyinin tam bərpası fonunda mümkün oldu. Sülhün təmin olunması yüzlərlə, minlərlə gəncin həyatının xilas edilməsi deməkdir. Müharibələrin qarşısını almaq, gələcək qurbanlara son qoymaq…
Daha çox“Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi dəyişikliklərin açarıdır”
“Zəngəzur dəhlizi ilə bağlı xeyli müddətdir mübarizə gedir. Bu, çox vacib məsələdir. Orta yol, Orta Dəhliz layihəsinin əsas məntəqəsi və mərhələsidir. Bunun ətrafında uzun müddət müzakirə və mübarizə aparılırdı — kim nəzarət edəcək, kim daha çox bəhrələnəcək? Bəzi ekspertlər Zəngəzur dəhlizinin əhəmiyyətini Panama kanalına bənzədirlər. Yəni, Zəngəzur dəhlizi Panama kanalının quru variantı hesab edilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Onun sözlərinə görə, Panama kanalının necə böyük əhəmiyyətə malik olduğu, onun uğrunda illər, onilliklər, hətta yüzilliklər mübarizənin getdiyi məlumdur. O dəhlizə kimlər nəzarət edəcəkdi? Son…
Daha çox“Sosial şəbəkələrdə yayılan saxta xəbərlərə qarşı effektiv mübarizə vacibdir”
“Müasir dövrdə sosial şəbəkələr fərdi və ictimai həyatın ayrılmaz hissəsinə çevrilmişdir. İnformasiya mübadiləsi, ünsiyyət, əyləncə və ictimai iştirakçılıq kimi funksiyalarına görə onlar həm gündəlik fəaliyyətlərimizdə, həm də cəmiyyətin informasiya ekosistemində dominant mövqeyə sahibdir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib. Yadigar Məmmədli sözlərinə belə davam edib: “Sosial şəbəkələrin üstünlükləri sırasında informasiyaya sürətli çıxış, qlobal ünsiyyət imkanı və ictimai şüurun formalaşmasında oynadığı rol qeyd edilə bilər. Lakin bu üstünlüklərlə yanaşı, sosial şəbəkələr dezinformasiya, saxta xəbərlər və məqsədli informasiya manipulyasiyası kimi problemlərin əsas mənbələrindən biri halına gəlmişdir. Araşdırmalar göstərir ki,…
Daha çoxKapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
Ölkənin birinci bankı Kapital Bank dünyanın ən nüfuzlu biznes mükafatlarından biri olan, “İş dünyasının Oskarı” kimi dəyərləndirilən“Stevie Awards” proqramında 5 kateqoriya üzrə mükafat qazanıb. 2002-ci ildən etibarən keçirilən “Stevie Awards”, dünyada ən çox iştirakçının qatıldığı beynəlxalq biznes mükafat proqramlarından biridir. 2025-ci ildəproqramda Beynəlxalq Biznes Mükafatları (“International Business Awards”) çərçivəsində 78 ölkədən 3800-dən çox müraciət dəyərləndirilib və yüzlərlə beynəlxalq layihə 22 əsas, 661 alt kateqoriyada yarışıb. İnnovativ texnologiyaların tətbiqi və müştəriyönümlü proseslərlə bağlı layihələrlə proqrama qatılan Kapital Bank “İstehlakçı xidmətləri”nominasiyasında proqramın qızıl mükafatı“Gold Stevie Winner”, “İstehlakçı xidmətləri üzrə ilin liderlik kampaniyası”,“İlin…
Daha çoxABŞ danışıqlarından sonra Ermənistan
Paşinyanın Ağ Evdə keçirdiyi görüşdən sonra Ermənistanda siyasi vəziyyət gərginləşib. Parlamentdə təmsil olunan partiyalar hakimiyyətə sərt mesajlar göndərməyə, hətta qarşıdurmaya qədər gedəcəklərini bəyan edirlər. Əlbəttə, bunlar revanşist deyilən 5-ci kolonun, Rusiyanın bu ölkədəki əlaltılarıdır. Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, sülh şəraitində, mehriban qonşuluq ab-havasında yaşamasına mane olan ölkələrin başında kim durur, heç tərəddüd etmədən Rusiyanın adını çəkə bilərik. Moskva onun iştirakı olmadan imzalanan hər hansı müqaviləni tanımayacağını bütün tribunalardan, həm də barbar bağıraraq deyir. Sülh yarada bilməyən “şimal ayısı”nın yadına ədalət anlayışı indi düşüb. Vaşinqtonda imzalanan sənədə ikrahla baxır, bu…
Daha çoxBakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi sertifikat verilib. Bu barədə SİA-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib. Məlumata əsasən, bu gün Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb. Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.
Daha çoxAntonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Avropa İttifaqı Şurasının Prezidenti bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb. O, Avropa İttifaqının əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır…
Daha çoxSamuxdan təhlükəli tullantılar Cəngi Pestisid Poliqonuna daşınıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Samuxdan təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşıyıblar. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib. Bu çərçivədə Samux rayonu ərazisində yerləşən keçmiş Kənd Kimya Birliyinin ərazisindən 64kubmetr pestisid qalığı ilə çirklənmiş torpaq qatı xüsusi nəqliyyat vasitələri ilə Aqrar Xidmətlər Agentliyinin Cəngi…
Daha çox