“Prezident İlham Əliyevin ABŞ-a səfəri böyük diplomatik qələbə hesab oluna bilər”.Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloqun sözlərinə görə, Donald Trampın prezidentliyindən öncə ABŞ-da hakimiyyətdə olan demokratlar dövründə ölkəmizə qarşı çoxsaylı təzyiqlər edilirdi: “Azərbaycana qarşı təhdid və diktat dilində danışırdılar və Azərbaycan öz torpaqlarını azad edib, ərazi bütövlüyünü və müstəqilliyini təmin etsə də, ABŞ kimi superdövlət ölkəmizə qarşı çox qərəzli mövqe sərgiləyirdi. Çünki hakimiyyətdə olan şəxslər – xüsusilə də Bayden-Blinken cütlüyü – ermənipərəst siyasət yürüdürdülər. ABŞ-ın keçmiş rəhbərliyinin ermənilərə olan münasibəti və sevgisi ABŞ–Azərbaycan münasibətlərini də kölgə altında…
Daha çoxDay: August 14, 2025
Azercell-in Əlaqə Mərkəz 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
Mobil operator müştəri məmnuniyyəti üzrə beynəlxalq standartlardan üstün nəticələr əldə edib 2025-ci ilin ilk altı ayı ərzində “AzercellTelekom”un müştəri xidmətləri kanalları üzərindən 2,5 milyondan çox müraciət qeydə alınıb. Bu dövrdə Telefon Mərkəzinə 1.5 milyona yaxın zəng daxil olub. Onlayn Müştəri Xidmətləri isə ümumilikdə 400 min sorğunu cavablandırıb. Bu sorğuların 224 mini şirkətin“Facebook”, “Instagram”, “LinkedIn”, “X” və “TikTok” sosial media hesabları vasitəsilə qeydə alınıb. Eyni zamanda, Azercell-in mobil tətbiqinə inteqrasiya edilmiş süni intellekt əsaslı “AI Chat Bot” 800 minə yaxın müraciəti emal edib. Telefon Mərkəzinə daxil olan zənglərin…
Daha çoxAİ Azərbaycan və Ermənistanın əldə etdiyi razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazırdır
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib. SİA xəbər verir ki, o bunu Prezident İlham Əliyevlə telefon danışığı zamanı qeyd edib. Aİ Şurasının Prezidenti, həmçinin Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib. A.Koşta bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb.
Daha çoxSəbinə Salmanova ictimaiyyət nümayəndələri ilə görüşüb
Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt şəhərində növbəti dəfə ictimaiyyət nümayəndələri ilə görüşüb. SİA xəbər verir ki, ayrı-ayrılqda baş tutmuş görüşlərdə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin üzvləri, Sumqayıt Ağsaqqallar Şurasının təmsilçiləri, şəhid ailələri, müharibə veteranları və qazilər iştirak ediblər. Millət vəkili Səbinə Salmanova iştirakçılara Cənab Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində üçtərəfli Vaşinqton görüşü və həmin görüşün nəticəsi olaraq imzalanmış Birgə Bəyannamə haqqında ətraflı məlumat verib. O, bildirib ki, avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında…
Daha çoxAzərbaycanda yonca sahələrinin sığortalanmasına başlanılıb
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində yonca sahələrinin sığortalanmasına start verilib. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, yonca Azərbaycanda ən kütləvi şəkildə əkilən yem bitkisidir. Son məlumatlara görə, ölkəmizdə 87 min nəfərə yaxın fermer tərəfindən 145 min hektar ərazidə yonca əkilir. Yonca ən çox Qarabağ (37 min hektar), Mil Muğan (36 min hektar) və Mərkəzi Aran (29 min hektar) iqtisadi rayonlarında əkilir. Yem bitkisinin ən çox əkildiyi rayonlar Ağcabədi (14,2 min hektar), Beyləqan (13,5 min hektar), Bərdə (11,5 min hektar), Yevlax…
Daha çox“Ermənistan prosesi uzatmaqla ABŞ-a və Trampa qarşı hörmətsizlik edir”
Politoloq Oqtay Qasımov SİA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə edilən razılaşmalardan sonra verdiyi müsahibədə mühüm məqamlara toxunulub. Bu məqamlardan biri də Ermənistanın üzərinə düşən məsuliyyətdir: “Ermənistan uzun müddət ərzində prosesləri süni şəkildə uzatmaq siyasətinə üstünlük verib. Lakin hazırkı mərhələdə bu cür yanaşmanın davam etdirilməsi Ermənistan üçün ciddi problemlər yarada bilər. Çünki artıq prosesin təşkilatçısı qismində çıxış edən ABŞ və şəxsən Prezident Donald Trampa qarşı belə davranış hörmətsizlik kimi qiymətləndirilə bilər. Bu isə Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”. Politoloqun sözlərinə görə, əsas maneə Ermənistanın…
Daha çox“Uşaqlarda hiperaktivlik və diqqət pozğunluğunun səbəbləri nədir?”
Uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu valideynlərin və müəllimlərin tez-tez rastlaşdığı bir problemdir. Bu vəziyyət uşağın məktəbdə, evdə və sosial mühitdə davranışlarını və öyrənmə prosesini birbaşa təsir edə bilər. Mütəxəssislər bu pozğunluğun yaranmasını genetik, bioloji, psixoloji və ətraf mühit faktorları ilə əlaqələndirirlər. Həmçinin, bəzi hallarda uşağın doğumdan sonrakı inkişafı və qavrama bacarıqları da diqqət və davranış problemlərinə təsir göstərə bilər.Bəs, uşaqlarda hiperaktivlik və diqqət pozğunluğuna səbəb olan əsas faktorlar hansılardır? SİA mövzu ilə bağlı psixoloq Ezgi Şahin və psixoloq Vüsalə Əmiraslanovanın fikirlərini öyrənib. Uşaqlarda hiperaktivlik bəzən genetik olur, bəzən isə sonradan…
Daha çox“Trampın Nobel sülh mükafatına namizədliyi qlobal siyasi rezonans yarada bilər”
“Cənab Prezidentin vurğuladığı kimi, Donald Trampın müharibələri dayandıran və sülh gətirən lider kimi təqdim olunması onun Nobel sülh mükafatına namizədliyi üçün ciddi siyasi və simvolik əsas yaradır. Trampın prezidentliyi dövründə atdığı bəzi addımlar bu imicin formalaşmasına xidmət edib”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib. Onun sözlərinə görə, yaxın Şərqdə İsrail ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasına gətirən “Abraham Razılaşmaları”nın təşviqi, Şimali Koreya ilə birbaşa dialoqa girərək uzun illər davam edən gərginliyi yumşaltmaq cəhdləri, eləcə də bəzi beynəlxalq münaqişələrdə hərbi qarşıdurmadan çox diplomatik həll yollarına üstünlük verməsi…
Daha çox“Rəqəmsal iqtisadiyyat Azərbaycanda innovasiya və məşğulluq imkanlarını genişləndirir”
“Rəqəmsal iqtisadiyyat Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi, biznes mühitinin liberallaşdırılması və innovasiya potensialının artırılması baxımından mühüm imkanlar yaradır. Əsas olaraq, rəqəmsal transformasiya dövlət və özəl sektorun fəaliyyətini sürətləndirir, kağızsız sənəd dövriyyəsi və elektron xidmətlər vasitəsilə xərcləri əhəmiyyətli dərəcədə azaldır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, həm bizneslər üçün əməliyyat xərclərinin aşağı salınması, həm də vətəndaşlar üçün xidmətlərin daha rahat və çevik əldə olunması deməkdir: “Rəqəmsal iqtisadiyyatın inkişafı startaplar və texnoloji təşəbbüslər üçün əlverişli mühit yaradır. Bu proses innovativ ideyaların reallaşdırılmasını sürətləndirir, kiçik və orta sahibkarlığın inkişafına…
Daha çox“Missiyanın bitməsi Qafqazda birbaşa sülh dialoqu üçün yeni imkanlar açır”
“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının iflasa uğraması və artıq ehtiyac qalmaması, Cənubi Qafqazda sülh prosesinə real töhfə verə biləcək yeni siyasi və diplomatik şəraitin formalaşmasına zəmin yaradır. Azərbaycan uzun müddətdir bəyan edirdi ki, bu missiyanın fəaliyyəti elan olunan neytrallıq prinsiplərinə tam uyğun gəlmir, əksinə, “binokl diplomatiyası” adlandırılan yanaşma ilə daha çox Azərbaycanın mövqelərinə qarşı yönəlmiş addımlar atılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib. Onun sözlərinə görə, missiya əsas mandatından kənara çıxaraq, bölgədə obyektiv vasitəçi rolunu oynamaq əvəzinə, birtərəfli müşahidə və hesabatlarla prosesə konstruktiv deyil, daha çox siyasi rəng…
Daha çox