“Bugünkü günü nəqliyyat vasitələrinin ekoloji təsiri həqiqətən də çox böyükdür. Məsələn, Bakı şəhərinə kənardan baxanda görürük ki, şəhər sanki tüstü içindədir. Amma şəhərin içində olan insanlar bunu o qədər də hiss etmirlər. Bu, o qədər yayılıb ki, artıq adi bir hal kimi qəbul olunur”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib. Onun sözlərinə görə, artıq elektrikli nəqliyyata keçid başlayıb: “Məsələn, elektrikli avtobuslar Bakıya gətirilib və istifadəyə başlanılıb. Bu, ekoloji baxımdan çox önəmlidir. Həmçinin elektrik və hibrid avtomobillərin ölkəyə gətirilməsi də bu sahədə…
Daha çoxDay: August 14, 2025
Xırdalandan Sumqayıta və Novxanıya hərəkət edən avtobuslar yenilənib
Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndi istiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutların avtobusları yenilənib. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, “F.Rövşən” istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan 31 avtobus gətirilib. Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir və komfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalan şəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndini əlaqələndirir. Sərnişin tələbatına uyğun olaraq, xəttə çıxan avtobusların…
Daha çoxAmerika ilə Rusiya arasında
Avropa və Ukraynasız görüşün nəticəsi nə olacaq? Ukraynanın Avropadakı müttəfiqləri avqustun 13-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti ərəfəsində Ukrayna böhranı ilə bağlı Qərbin mövqeyini əlaqələndirmək üçün bir sıra danışıqlar aparıb. Avro-Atlantik Diplomatiya Günü Ukraynada müharibə və sülh məsələlərinə iki alternativ yanaşmanı, bir tərəfdən Donald Trampın, digər tərəfdən isə Kiyevə dəstək qrupunu birləşdirmək üçün son şans idi. Rusiya-Amerika sammitini ləğv edə bilməyən Ukraynanın avropalı tərəfdarları üçüncü tərəf kimi uzaqdan danışıqlar prosesinə qoşulmağa çalışdılar. Ola bilsin ki, avropalı həmsöhbətlərini razı salmaq və ya onların təsiri altına düşmək üçün ABŞ prezidenti onlarla müzakirədən sonra…
Daha çox“HRENGİNEERİNG” MMC beynəlxalq sammitin Azərbaycandakı yeganə tərəfdaşı oldu
“HRENGİNEERİNG” MMC menecment, liderlik və digər mövzularda təlimlər və beynəlxalq tədbirlər təşkil edən Türkiyənin “SAHARA GROUP” şirkəti tərəfindən bu ilin sentyabrında keçiriləcək “Executive Leadership & AI Transformation Summit”in (bundan sonra – Sammit) Azərbaycan üzrə rəsmi tərəfdaşı və təmsilçisi seçilib. Müəssisə və təşkilatların yuxarı rəhbər heyətini və strateji qərarvericilərini bir araya gətirən Sammit 8-10 sentyabr 2025-ci il tarixlərində İstanbulun Barcelo Hotelində baş tutacaq. “Süni intellektin liderlikdə rolu” mövzusuna həsr olunmuş Sammitdə Əlcəzair, Qətər, Fransa, Türkiyə və digər ölkələrdən sahə üzrə peşəkar mütəxəssislər çıxış edərək, öz təcrübə və biliklərini bölüşəcəklər. Sammit çərçivəsində…
Daha çoxPrezident Özbəkistanla imzalanmış sazişləri təsdiq edib
Prezident İlham Əliyev bu il iyulun 2-də Azərbaycan və Özbəkistan arasında imzalanmış 4 sazişi təsdiq edib. SİA xəbər verir ki, bunlar, aşağıdakılardır: – “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” – “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş” – “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş” – “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti…
Daha çox“Azərbaycanda multikulturalizm geniş yayılıb”
“Multikulturalizm (çoxmədəniyyətlilik) bir cəmiyyətdə müxtəlif mədəniyyətlərin, dillərin, dinlərin və etnik qrupların yanaşı və dinc şəkildə mövcudluğunu qəbul edən və təşviq edən sosial və siyasi ideologiyadır”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, bu anlayış mədəni müxtəlifliyi dəyər kimi qəbul edir, azlıqların hüquqlarını qorumağı və onların öz kimliklərini saxlamaqlarını dəstəkləyir, assimilyasiya (fərqlərin aradan qaldırılması) əvəzinə inteqrasiyanı (uyğunlaşmanı) təşviq edir: “Multikulturalizm əsasən Qərb ölkələrində, xüsusilə Kanada, Avstraliya və bəzi Avropa ölkələrində dövlət siyasəti kimi inkişaf edib.Bu ideologiyanın bizim cəmiyyətimizə həm müsbət, həm də…
Daha çoxDövlət Xidmətinin rəsmi emblemi haqqında əsasnamə təsdiqlənib
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında əsasnamə təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bundan başqa, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri təsdiq edilib. Xidmətin rəsmi emblemi Xidmətin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında, inzibati binalarının Xidmətin adı göstərilən lövhələrində yerləşdirilə bilər. Emblemin təsvirindən Xidmətin çap məhsullarında, kino, video, fotomateriallarında, Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında istifadəyə yol veriləcək.
Daha çoxBiləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
Biləsuvar rayonunda qaz xətti zədələnib, rayonun Ağalıkənd və Yuxarı Cürəli kəndləri qazsız qalıb. SİA-nın məlumatına görə, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnib. Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılıb.
Daha çoxTovuzla Gədəbəyi birləşdirən avtomobil yolunun təmirinə 1,5 milyon manat ayrılıb
Tovuzla Gədəbəyi birləşdirən avtomobil yolunun təmirinə 1,5 milyon manat ayrılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə1,5 milyon manat ayrılıb.
Daha çoxMəhvi nəzərdə tutulan narkotiklərdən Ədliyyə Nazirliyi də axtarış üzrə təlimlərdə istifadə edə biləcək
Ədliyyə Nazirliyinə yeni hüquq verilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında’’ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin də kinoloji xidməti tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə oluna bilər. Bundan əvvəl bu hüquq yalnız Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə aid idi.…
Daha çox