“Kişi qadından 10 addım irəlidədir”

“Boşanan ailələrin boşanma səbəbləri müxtəlif formadadır. Ailə var “qadının”, ailə var “kişinin”, ailə də var ana-ata ucbatından dağılır”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib. Ofelya Şabanova sözlərinə belə davam edib: “Son illəri müşahidə etsək, boşanmaların 80 faizinə qadınlar səbəb olurlar. İndiki xanımların 80-90 faizi “sərbəst olmaq istəyirəm” kimi cılız və məntiqsiz düşüncələrlə ailə qurur. Bəli, mən hər zaman deyirəm. Kişi qadından 10 addım irəlidədir. Qadın ailəsinin dağılmasını istəmirsə, ailə söhbətlərində qadın güzəştə getməlidir. Amma indi xanımların əksəriyyəti həyat yoldaşına ədəbsiz olaraq kobud cavab verir. Bu da sonda ailədə…

Daha çox

Ötən ay 11 mindən çox əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) 11 min 226 nəfər əcnəbi Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib. SİA xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Bildirilib ki, iyul ayı ərzində xidmətə 86 min 99 müraciət daxil olub. Onlardan 56 min 741-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub. Bununla yanaşı, vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərin sayı 137 olub. Azərbaycan vətəndaşlığına dair mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı isə 1914 müraciət qeydə alınıb. Məlumatda qeyd olunub ki, müraciətlərdən 1 169-ü…

Daha çox

“Rusiya Cənubi Qafqazdan çıxarılır”

“Azərbaycan 30 illik işğaldan azad oldu. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi gündən — 2003-cü ildən — qarşısına qoyduğu məqsədə addım-addım, israrla irəlilədi, güclü ordu yaratdı, güclü iqtisadiyyat qurdu və nəticədə Azərbaycan işğal altında olan torpaqlarını yağı düşməndən azad etdi, suverenliyini bərpa etdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. O bildirib ki, qalib ölkə olaraq Azərbaycan məğlub ölkəyə sülh sazişinin şərtlərini irəli sürdü. Nəhayət, həmin sülh sazişi — müqavilə — 8 avqust tarixində paraflandı: “Bu, doğrudan da çox böyük bir hadisə idi. Son 200 ildə…

Daha çox

“127 il əvvəlki model təkrarlanır”

“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları, habelə keçirilmiş görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamə ətrafında müzakirələr davam edir. Xüsusilə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi (Zəngəzur dəhlizi – red.) müzakirələrin əsas predmetidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “ABŞ-ın bu proseslərdə daha aktiv rol almağa başlaması, dəhliz üzərində 99 illik nəzarət mexanizminə sahib olması bir çoxlarına görə Türk Dövlətləri Təşkilatı (TDT) üçün təhlükə yaradır. Çünki dəhliz həm də türk dünyasının 200 illik ayrılığının…

Daha çox

Mövsümi depressiya-psixoloji pozuntu, yoxsa xəstəlik?

“Mövsümi depressiya – tibbi adı ilə mövsümi affektiv pozuntu – ilin müəyyən dövrlərində, xüsusilə payız və qış aylarında müşahidə olunan psixoloji haldır.Bu vəziyyət gün işığının azalması və orqanizmdə baş verən bioloji dəyişikliklərlə bağlıdır”.Bunu psixoloq Almara Ağaqızı SİA-ya açıqlamasında bildirib. “Mənim fikrimcə, insanların əksəriyyəti bu halı ‘hava dəyişdi, kefim yoxdur’ kimi sadələşdirir. Halbuki bu, real və ciddi psixoloji pozuntudur”, – deyə psixoloq bildirib. Almara Ağaqızının sözlərinə görə, elmi araşdırmalara əsasən, mövsümi depressiyanın əsas səbəbləri bunlardır: – Günəş işığının azalması nəticəsində bioloji saatın – sirkadiyal ritmlərin pozulması – Serotonin səviyyəsinin düşməsi və…

Daha çox

AMB daha 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) daha 3 ödəniş təşkilatına -“Baku Pay”, “CİBPay” və “Guavapay” MMC-lərə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu addım “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.

Daha çox

İran Livanı itirdi

Aun Laricaniyə qapını göstərdi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani avqustun 13-də Livana səfər edib. Laricaninin ilk görüşü Livan ordusunun keçmiş komandiri, yanvarda prezident səlahiyyətlərini qəbul etmiş Cozef Aun olub. Milli Təhlükəsizlik Şurasının rəhbərini Baabda sarayında soyuq qarşılayıblar. Əsas mövzu Hizbullah qruplaşmasının taleyi olub. Ayın əvvəlində Beyrut hökuməti nizami ordunun bütün mövcud silahları əlində cəmləşdirməsini müdafiə edib. Bu, Tehranın inkişafına kömək edən öz hərbi imkanlarına malik paralel dövlət olan “Allah Partiyası” üçün bir çağırış idi. Prezident Cozef Aun iranlı qonağa açıq şəkildə bildirib ki, Beyrut silahlar üzərində monopoliyaya…

Daha çox

Avropadakı antimilli ünsürlər əmmaməli mollalardan fərqlənmirlər

Vaşinqtonda baş tutan yüksək səviyyəli görüş və imzalanan iki və üçtərəfli sənədlər Azərbaycanın böyük gücə malik dövlət olduğunu bir daha nümayiş etdirdi. Təsdiq olundu ki, Azərbaycan dünyanın ən aparıcı dövlətləri ilə bir sırada dayanan, beynəlxalq aləm tərəfindən hörmət və rəğbət göstərilən dövlətlərdəndir. O da sübuta yetirildi ki, Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev ölkəmizin milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutan, qoruyan və başqa dövlət başçılarına diktə etməyə qadir olan Prezidentdir. Lakin bu gücə və əldə olunan nailiyyətə qarşı bəzi xarici dövlətlərin üzüqara olmuş ünsürləri, rəsmi şəxsləri eləcə də…

Daha çox

gənclər komforta görə kəndə qayıtmaq istəmir”

“Bu proses təkcə Azərbaycanda yox, bütün dünyada gedib. Sadəcə olaraq, biz bir qədər gec keçdik bu mərhələdən, çünki sovetlər birliyinin tərkibində yaşayırdıq və süni maneələrlə kənddə insanları saxlamağa çalışırdılar. Amma bununla yanaşı maraqlı, həvəsləndirici və motivasiyaedici proqramlar da tətbiq olunurdu”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, həmin dövrdə kənddə həm həyat, həm torpaq, həm də sosial təminatlar daha çox idi. Kolxoz və sovxozlar fəaliyyət göstərirdi. Xüsusilə sovxozlar kənd təsərrüfatı idarəetmə strukturu kimi işləyirdi və orada işləyənlər, hətta işləməyənlər belə minimum əmək haqqı alırdılar. Evlənənlərə…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Avqustun 13-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.04% – 44,922.27 bəndədək, S&P 500 indeksi 0.32% – 6,466.58 bəndədək, Nasdaq indeksi isə 0.14% – 21,713.14 bəndədək artıb. SİA məlumatına görə, Avropa fond bazarlarında avqustun 13-də FTSE 100 indeksi 0.19% – 9,165.23 bəndədək, Almaniyanın DAX indeksi 0.67% – 24,185.59 bəndədək , Fransanın CAC-40 indeksi isə 0.66% – 7,804.97bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1.1703 dollar təşkil edib.

Daha çox