Ukrayna hakimiyyəti MDB çərçivəsində daha bir sazişdən çıxıb. SİA xəbər verir ki, bunu hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk bildirib. “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyət haqqında Sazişdən çıxma barədə” qanun layihəsi təsdiqlənib”, – o bildirib. Sözügedən sənəd 1996-cı ilin aprelində imzalanmışdı. Xatırladaq ki, rəsmi Kiyev daha öncə də MDB çərçivəsində bağlanmış bir sıra sazişlərdən çıxıb.
Daha çoxDay: August 14, 2025
NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,5% artaraq 2,835 ABŞ dolları təşkil edib.
Daha çoxQazaxıstanın Ermənistan marağı
Nikol Paşinyanın Astanaya səfəri gözlənilir Astana sülh bəyannaməsi imzalandıqdan sonra Ermənistanın baş nazirinin səfərinə hazırlaşır. Prezident Qasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasındakı tarixi razılaşmanı həm regional əməkdaşlığı, həm də Ermənistanla ikitərəfli əlaqələri aktivləşdirmək üçün fürsət kimi qiymətləndirir. Qazaxıstan rəhbərinin sözlərinə görə, ölkə gələcək danışıqlar üçün platforma olmağa və intensiv iqtisadi əməkdaşlığı təşviq etməyə hazırdır ki, bu da Ermənistanın baş naziri Nikol Paşinyanın qarşıdakı səfərini regional sabitlik və iqtisadi artım üçün əlamətdar hadisəyə çevirir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə Akordanın (Qazaxıstan prezidentinin…
Daha çoxTürkiyənin cənnəti Tekirdağ
Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələr və əlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir. Son illər dünyanın istənilən nöqtəsindən turistlər Türkiyəyə üz tutur. Əgər 2015-ci ildə Ümumdünya Turizm Təşkilatının siyahısında Türkiyə turist sayına görə ilk 50 ölkə arasında idisə, bu gün artıq dünyanın ilk beşliyi sırasına yüksəlib. Bu uğurda müasir turizm obyektləri, xidmət sahəsi, qonaqpərvər insanlar və əlbəttə, ölkənin zəngin təbiəti mühüm rol oynayır. Türkiyənin hər bölgəsi turizm üçün əlverişli olsa da, bu yazımızda “Türkiyənin cənnəti” adlandırılan Tekirdağ haqqında danışacağıq. İstanbuldan cəmi 140 km…
Daha çoxƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək
Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib. Dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata keçirilib. Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib…
Daha çoxƏmtəə bazarlarında qızıl ucuzlaşır
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,06% azalaraq 3 406,1 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,16% azalaraq 38,54 ABŞ dolları olub.
Daha çoxAzərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb. “Müstəqilliyi Günü münasibətilə qardaş Pakistan xalqını və hökumətini ürəkdən təbrik edirik! Yaşasın Pakistan! Müstəqillik gününüz mübarək!”,-paylaşımda qeyd olunub.
Daha çoxRusiya Federasiyasında “gizli işsizlik” artır…
İqtisadiyyatdakı problemlərə görə 100 mindən çox rusiyalı “öz hesabına” göndərilib …Cari ilin əvvəlindən 100 mindən çox Rusiya vətəndaşı ixtisara göndərilib və ya part-time işə keçirilib. SİA-nın məlumatına görə,..maraqlı da olsa, bunu Vladimir Putin çərşənbə axşamı iqtisadi məsələlərlə bağlı iclasda etiraf edib. …Onun sözlərinə görə, söhbət “işdən çıxarılma riski” olan insanlardan gedir. …İlin əvvəlində onların sayı təxminən 98 min nəfər, iyunun sonunda 153 min nəfər, avqustun 8-də isə artıq 199 min nəfər olub. Putin bunu statistikaya istinadən bildirib. O əlavə edib ki, bu vəziyyət Rusiyada “gizli…
Daha çoxForeign Policy: “Rusiya elitasının açarı ABŞ-dadır…”
Vaşinqton bu zəiflikdən istifadə edə bilər… …Ukraynada uzun sürən müharibə və Rusiyada iqtisadi vəziyyətin pisləşməsi fonunda hakim elita imtiyazları qorumaq, böyük insan və maliyyə itkilərinə görə məsuliyyəti öz üzərinə götürmək üçün getdikcə daha çox mübarizə aparır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Policy yazır. Kreml elitanın parçalanmasından qorxaraq, milli təhlükəsizlik bəhanəsi ilə aktivlərin yenidən bölüşdürülməsi üçün yeni hüquqi mexanizmlər tətbiq edir – sədaqətsizlikdə və ya Qərblə əlaqələrdə şübhəli bilinən şəxslərdən tutmuş Putinin etibarlı tərəfdarlarına qədər… …2022-ci ildən bəri təxminən 49 milyard dollar dəyərində əmlak…
Daha çoxİsrail səfirinin müavini Azərbaycandakı missiyasını başa vurub
İsrailin Bakıdakı səfirinin müavini Yoav Bistritski diplomatik missiyasını başa vurub. SİA-nln verdiyi məlumata görə, o, bu barədə “X” hesabında yazıb. “İki il. Bu, çoxlu təəssürat və dostluq əlaqələri ilə dolu möhtəşəm bir səyahət idi. Mənim bir parçam həmişə Azərbaycana aid olacaq. Qonaqpərvərliyinə, ikinci evim olduğuna görə təşəkkür edirəm, Bakı. Həyatımın bu fəslinin yazılmasında iştirak edən hər kəsə sonsuz təşəkkürlər”, – diplomat yazıb. O, həmçinin İsrailin Azərbaycandakı keçmiş səfiri Corc Dikə və səfirliyin əməkdaşlarına təşəkkürünü bildirib. Bistritski yeni təyinatını elan etsə də, gələcək diplomatik fəaliyyətinin təfərrüatlarını açıqlamayıb. “Mən keçmiş səfir Corc…
Daha çox