“Atlantic Council”: “ABŞ Putinə güzəştə getməməlidir…”
Daha çoxDay: August 14, 2025
Forbes: “Putin göründüyündən daha zəifdir…”
Kreml rəhbərinin gizli zəiflikləri var… …Ekspertlər Putinin atəşkəs və Ukrayna prezidentinin sammitdə iştirakı da daxil olmaqla heç bir güzəştə getmədən Trampla görüşə nail olduğunu deyirlər. Bu yaxınlarda verdiyi müsahibədə ABŞ prezidentinin özü Alyaskada Zelenskini gözləmədiyini açıqladı və dedi ki, bu üç illik müharibə ərzində onun kifayət qədər görüşləri olub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Forbes yazır. …Tramp avqustun 8-də Rusiyaya qarşı təhdidlərini həyata keçirmək əvəzinə, Putinlə şəxsi görüşə icazə verdi. Putin hərbi səylərin birbaşa siyasi sağ qalması ilə bağlı olduğuna inanaraq, status-kvonu saxlamaq…
Daha çoxZəhməti məşşatə çəkər, ləzzəti damad aparar…
Zəhməti məşşatə çəkər, ləzzəti damad aparar…
Daha çoxBu ölkə Teleqram və Vatsap zənglərini qismən məhdudlaşdırır
“Roskomnadzor” teleqram və vatsapda səsli zəngləri qismən məhdudlaşdırır. SİA xəbər verir ki, bu barədə qurum öz saytında məlumat yayıb. Bu qərarını isə cinayətkarlara qarşı atdığını açıqlayıb. Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi də bildirib ki, telegram və vatsap hakimiyyət orqanlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya qanunvericiliyinin tələblərinə əməl etməkdən imtina edir. Xüsusilə, şirkətlər Rusiyada kütləvi fırıldaqçılıq halları və terror aktlarının planlaşdırılması və törədilməsinə dair faktlar barədə hüquq-mühafizə orqanlarının sorğusu ilə məlumat vermirlər. “Amma xarici kəşfiyyat xidmətlərinin tələbi ilə bu cür məlumatların verilməsi üçün bütün tələblər operativ şəkildə yerinə yetirilir” , – deyə…
Daha çoxAzərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,73 ABŞ dolları, yaxud 1,08 % azalaraq 66,72 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 66,91 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,71 ABŞ dolları və ya 1,08 % azalaraq 65,18 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxAleksandar Vuçiç prezidentliyə namizəd olmaq fikrində deyil
Serbiya Prezidenti Aleksandar Vuçiç prezidentliyə yenidən namizəd olmaq üçün Konstitusiyaya dəyişiklik etməyi düşünmədiyini bəyan edib. SİA xəbər verir ki, Aleksandar Vuçiç prezidentlik müddətinin il yarımdan sonra başa çatacağını vurğulayıb. “Seçkilərdə xalqın nə deyəcəyini görəcəyik. Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm və bunun üçün də Konstitusiyaya dəyişiklik etməyi düşünürəm”, – deyə o qeyd edib. Aleksandar Vuçiç gələcəkdə də siyasi müstəvidə yardım etməyə və aktiv fəaliyyətlə məşğul olmağa davam edəcəyini, lakin indi bunu hansı mövqedən edəcəyi barədə danışmaq istəmədiyini bildirib.
Daha çoxBakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Daha çoxİsveçrə ilin ən isti gününü yaşadı
İsveçrə Federal Meteorologiya və Klimatologiya İdarəsi (MeteoSwiss) ölkənin demək olar ki, bütün bölgələrində bu il ilin ən isti gününün qeydə alındığını açıqlayıb. SİA xəbər verir ki, “MeteoSwiss” ölkənyə təsir edən isti dalğası ilə bağlı bir yazıda bəzi bölgələrdə temperaturun 35 dərəcəni keçdiyini bildirib. Açıqlamada vurğulanıb ki, isti dalğası ölkənin qərb və mərkəzi hissələrində xüsusilə təsirli olub və ötən gün bu, ilin ən isti günü olub. Qeyd edək ki, İsveçrə Federal Hökuməti bu həftənin əvvəlində vətəndaşlara yüksək temperaturun ölkənin əksər ərazilərinə təsir edəcəyi barədə xəbərdarlıq etmişdi.
Daha çoxYüksək performanslı idmançılarda depressiya riski araşdırılıb
Alimlərin apardığı son araşdırmalar göstərir ki, yüksək performanslı idmançılar, fiziki fəaliyyətin depressiyanın qarşısının alınması və müalicəsində geniş şəkildə tanınmış faydalarına baxmayaraq, xüsusi psixi sağlamlıq riskləri ilə üz-üzədirlər. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, Adilson Marques və Elvio Rubio Gouveia tərəfindən redaktə edilən “Fiziki Fəaliyyət, Fiziki Hazırlıq və Depressiya” adlı yeni nəşr fiziki fəaliyyət, fitness və depressiya arasındakı əlaqəni tənqidi şəkildə təhlil edir və 20-dən çox akademikin töhfələrini bir araya gətirir. Kitabın müəlliflərindən Hugo Sarmento, Diogo Martinho və Pedro Teques elit idmanlarda psixi sağlamlıq problemlərini araşdırdıqları fəsildə vurğulayırlar ki, yüksək…
Daha çoxABŞ bombardmançıları Norveçə eniş etdi
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B Lancer” bombardmançı təyyarələri NATO müttəfiqləri ilə yüksək riskli təlimə başlamaq üçün 9 avqust 2025-ci ildə Norveçin Orland Hava Bazasına eniş edib. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Təlimlər “tap, sabitlə, izlə və hədəfə al” qabiliyyətlərinin çətin və yüksək təhdidli hava məkanlarında inkişaf etdirilməsi məqsədilə həyata keçirilib. Ancaq təlimlərin Rusiyanın genişmiqyaslı “Zapad-2025” hərbi təlimindən yalnız bir neçə həftə əvvəl keçirilməsi NATO-nun “açıq mesajı” kimi qiymətləndirilib.
Daha çox