Ruslar Zmeynı yaxınlığında Su-30SM döyüş təyyarəsini itiriblər



Rusiyaya məxsus qırıcı təyyarənin qalıqları dəniz səthində tapılıb.



Ukrayna Hərbi Dəniz Qüvvələrinin kəşfiyyatçıları Zmeynı adasının cənub-şərqində tapşırıqları yerinə yetirən rusların Su-30SM təyyarəsi ilə əlaqənin kəsilməsi barədə radioqəbul edib.

Çox güman ki, qırıcı təyyarə naməlum səbəblərdən qəzaya uğrayıb.

Hərbi Dəniz Qüvvələri işğalçıların axtarış-xilasetmə əməliyyatı apardığını bildirib.

İlkin məlumata görə, dəniz səthində təyyarə qalıqları aşkar edilib.

SİA-nın məlumatına görə, pilotlar hələ də tapılmayıb.

Əli Babayev

Əlaqəli Xəbərlər