Ryazan vilayətinə 100 nəfərlik əlavə xilasedicilər qrupu göndərilib…


SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi Ryazan vilayətində fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün 100 xilasedici göndərib.

Onlar qeyd ediblər ki, bölgədə axtarış-xilasetmə işlərində Rusiya Fövqəladə Hallar Nazirliyinin “Centrospas” aviasiya dəstəsinin və Noqinsk xilasetmə mərkəzinin xilasediciləri iştirak edəcək. “…Cəmi 100 mütəxəssis, o cümlədən altı kinoloji briqada, on vahid texnika”, – mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Ryazan vilayətində zavodda baş vermiş qəza nəticəsində 5 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilirdi. RT Telegram kanalının mənbəyə istinadən qeyd etdiyi kimi, təxminən 20 nəfər partlayışın baş verdiyi sexin dağıntıları altında ola bilər.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər