Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub


Şənbə günü səhər saatlarında Azərbaycanın Tovuz rayonunda baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub. SİA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar Tavuş vilayətinin Voskevan, Artsvaberd, Nerkin Karmiraxpyur, Aygedzor və Çinari kəndlərində 2-3 bal gücündə hiss olunub.

Əlaqəli Xəbərlər