Pakistanda baş verən daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı ən azı 220 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Ölkənin şimal-qərb hissəsində xilasedicilər gecə ərzində sürüşmələr və daşqınlar nəticəsində dağılmış evlərin dağıntıları altından daha 63 nəfərin meyitini çıxarıblar.
Xayber-Paxtunxva əyalətinin naziri Əli Amin Qandapur şənbə gününü matəm günü elan edib.