Putinin yaxın ətrafı müharibənin əleyhinədir, lakin onlar bunu…





Kreml elitası “hər şeyin əvvəlki vəziyyətinə qayıtmasını” istəyir…



…Rusiya lideri Vladimir Putinə yaxın insanların çoxu Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmir, lakin ona bunu deməkdən qorxurlar.

SİA-nın məlumatına görə, bu barədə Washington Post xəbər verir. Nəşrin yazdığına görə, Moskvada hər tərəfdən müharibə yorğunluğu artır.

Adının çəkilməsini istəməyən Rusiya rəsmisinin sözlərinə görə, Kremldəki liderlərin əksəriyyəti müharibənin əleyhinədir, lakin bunu Putinə söyləməyə qorxurlar.

…Hamı Putindən qorxur. İnsanlar kompromislərdən danışmaq istəmir, çünki onların hamısı vətənpərvər olduqlarını nümayiş etdirməlidirlər, – o deyib.

Kremlə yaxından bağlı olan, adının çəkilməsini istəməyən başqa bir şəxs Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçirilən sammitin müharibəni bitirmək üçün real şans olduğunu və görüşün “bu müharibənin utancverici olduğu və hər şeyin əvvəlki vəziyyətinə qayıtmasını istəyən Rusiya elitasını sakitləşdirmək üçün” təşkil edildiyini bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər