Türkiyədə iyunun 1-dən bu günə qədər beş mindən artıq meşə yanğınına müdaxilə olunub. SİA xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib. İqlim dəyişikliyinə diqqət çəkən nazir bunun ən mühüm təzahürünün meşə yanğınları olduğunu, bu halın ərzaq təchizatı və təhlükəsizliyini də çətinləşdirdiyini deyib. Qlobal istiləşmənin, həmçinin su problemi yaratdığını diqqətə çatdıran nazir qlobal iqlim dəyişikliyinin Türkiyəyə çox təsir edəcəyini söyləyib.