Avropa vətəndaş müharibəsi astanasında ola bilər. London Kral Kollecinin professoru David Betz Military Strategy Magazine jurnalında dərc olunan araşdırmada ehtimalı 95 faiz qiymətləndirib.
SİA-nın məlumatına görə, alim Böyük Britaniya və Fransanın xüsusilə təhlükəli ola biləcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, hökumət nəzarəti itirdiyindən və qanunları icra edə bilmədiyi üçün bir neçə böyük şəhər artıq “vəhşi şəhərlərə” çevrilib.
Betz vətəndaş müharibəsinin mümkün səbəbləri kimi yüksək səviyyəli korrupsiya, tənəzzülə uğrayan sənaye, dağılan infrastruktur və özəl təhlükəsizlik şirkətlərinin yüksəlişini sadalayıb.
…Bir çox Qərb şəhərləri artıq bu profilə uyğundur.
Betz dyib.
O, yaranan şəhər-kənd fərqinə istinad edib. Nümunə olaraq o, Fransada 2024-cü il Avropa Parlamenti seçkilərinin xəritəsini göstərib ki, bu xəritədə ilk turda Marin Le Penin Milli Mitinqinə səs verən 457 dairə və digər partiyalara səs verən 119 seçki dairəsi göstərilib.
Sonuncular kiçik ərazilərdə, xüsusən də Paris bölgəsində cəmləşmişdir.
Münaqişələr üzrə tarixçi və ekspert Mişel Qoya araşdırmanı tənqid edərək onun zəif arqumentasiyasını qeyd edib.
Bundan əvvəl ABŞ Rusiya ilə müharibədə Avropanın şanslarını dəyərləndirib.
ABŞ kəşfiyyatının keçmiş zabiti Scott Ritter deyib ki, “Avropa Ukraynada hərbi əməliyyatlara qarışsa, Rusiya ordusu onları tez bir zamanda məhv edəcək”.
Xüsusən də Ritter Rusiya silahlı qüvvələrinin pilotsuz nəqliyyat vasitələrinin istifadəsində uğurunu qeyd edib.
Əli Babayev