“Toyların siması dəyişib”


“Azərbaycan toyları tarixən xalqımızın ən sevincli və ənənələrlə zəngin mərasimlərindən biri olub”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə mütəxəssis Fatimə Hacıbəyli deyib.

Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Əvvəllər toylar həyətlərdə, geniş məclislərdə keçirilir, qohum-qonşunun iştirakı, milli musiqilər, ənənəvi yeməklər və sadəlik əsas rol oynayırdı.

Son illər isə toyların siması dəyişib. Restoranlarda keçirilən mərasimlər, müasir musiqilər, şou-proqramlar və dəbdəbəli dekorasiyalar daha çox ön plana çıxır. Sosial şəbəkələrin təsiri ilə toylarda nümayişkarlıq artıb, amma eyni zamanda bəzi gənclər sadə və ailəvi məclislərə üstünlük verirlər.

Bütün bu dəyişikliklərə baxmayaraq, milli ruh hələ də qorunur. “Vağzalı” sədaları, xına gecəsi, milli geyimlər və qədim adətlər toylarımızın ayrılmaz hissəsi olaraq qalır. Bu isə göstərir ki, Azərbaycan toyları həm ənənənin, həm də müasirliyin vəhdətində yaşamağa davam edir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər