Tramp Ukrayna ilə bağlı gözlənilməz açıqlama verib…


ABŞ prezidenti Donald Tramp bildirib ki, bu gün Vladimir Zelenski ilə razılaşmasa, Ukraynaya dəstəyi dayandıracaq. SİA-nın məlumatına görə, onun sözlərini “Kommersant” sitat gətirir.

Tramp Zelenski ilə görüşdən əvvəl keçirdiyi mətbuat konfransında deyib: “Bu gün ya razılaşma olacaq, ya da olmayacaq. Əks halda, Ukraynaya dəstək dayanacaq”.

O vurğulayıb ki, məqsəd müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhdür. ABŞ prezidentinin sözlərinə görə, həm Ukrayna, həm də Rusiya münaqişəyə son qoymaq istəyir, üstəlik, bütün dünya bunu istəyir. Eyni zamanda Tramp əlavə edib ki, bunun vaxtını hələlik təxmin etmək mümkün deyil.

Əli Babayev

Əlaqəli Xəbərlər