ABŞ prezidenti Donald Tramp Ağ Evdə Vladimir Zelenski və Avropa liderləri ilə görüşdən əvvəl Truth sosial şəbəkəsində deyib ki, insana ancaq “qazanmaq üçün” oynamaq lazımdır.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliyanın baş naziri Giorgia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna lideri ilə ABŞ-a səfər edəcəkləri məlum olub.
Tramp vurğulayıb ki, cəmi altı ay ərzində altı müharibəyə son qoyub, “yüzlərlə girovun azad edilməsinə nail olub” və İranın nüvə proqramını məhv edib.
…Qazanmaq üçün oynayın və ya heç oynamayın, -deyib Amerika lideri.
Tramp həmçinin “Ağ Evdə mühüm bir gün” elan edib. O izah edib ki, heç vaxt orada eyni vaxtda bu qədər çox Avropa lideri olmamışdı.
Siyasətçi yekunlaşdırıb ki, Aİ-nin dövlət və hökumət başçılarının səfəri ABŞ üçün böyük şərəfdir.
Əli Babayev