Konfederasiyanın Xarici İşlər Nazirliyinin rəhbəri İqnazio Kassisin verdiyi məlumata görə, İsveçrə Rusiya prezidenti Vladimir Putinin sülh danışıqları çərçivəsində ölkəyə səfər edəcəyi təqdirdə ona Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi həbs orderindən toxunulmazlıq verəcək.
SİA-nın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron daha əvvəl Rusiya lideri ilə Vladimir Zelenski arasında “neytral ölkədə” görüş keçirilməsinin tərəfdarı olduğunu bildirib.
Beşinci Respublikanın başçısı Cenevrəni danışıqlar yeri kimi təklif edir.
…İsveçrə Rusiya prezidenti Vladimir Putinə toxunulmazlıq təmin edəcək, – “France Presse” nazirin italiyalı həmkarı Antonio Tajani ilə Berndə görüşü zamanı media nümayəndələrinə deyib.
…BCM-nin orderinə baxmayaraq. Bir şərtlə ki, o (Putin) “sülh konfransına” gəlsin , – Kassis əlavə edib.
Əli Babayev