İsinbayevanın Rusiyanı tərk etməsinin səbəbi məlum olub


…Yüngül atlet Vera Qaneyeva dayaqla tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayevanın Rusiyadan getməsinin səbəbini açıqlayıb.

SİA-nın məlumatına görə, onun sözlərini Radio 1 sitat gətirir.

Qaneyeva bildirib ki, İsinbayevanı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri məcbur ediblər.

Ona deyiblər ki, “…ya bizim tərəfimizi seç və sadəcə sus, biz səni rekordlarından məhrum etməyəcəyik, ya da ölkəni dəstəkləyəcəksən”.

İsinbayeva dayaqla tullanma üzrə ikiqat Olimpiya çempionudur, bu növdə 28 dünya rekorduna sahibdir. O, 2016-2024-cü illərdə BOK-un Atletlər Komissiyasının üzvü olub.

43 yaşlı idmançı Rusiya Federasiyası Silahlı Qüvvələrinin mayorudur.

2023-cü ildən İsinbayeva İspaniyanın Tenerife şəhərində yaşayır.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər