Dərbənddə yanğın 500 kvadratmetr sahədə lokallaşıb…


Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin Teleqram kanalı xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Dərbənd konyak zavodunda 500 kvadratmetr sahədə yanğını lokallaşdırıblar.

SİA-nın məlumatına görə, ölən və xəsarət alan yoxdur. Hadisənin baş vermə şəraiti Rusiya Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri tərəfindən müəyyən ediləcək və Dağıstan prokurorluğu araşdırma təşkil edib.

Daha əvvəl yanğının qısaqapanmadan başlaya biləcəyi bildirilirdi.

Əli Babayev

Əlaqəli Xəbərlər