İspaniyada istilər 2,6 mindən çox insanın həyatına son qoyub


Yayın əvvəlindən İspaniyada yüksək hərarətlə bağlı 2 635 vaxtından əvvəl ölüm halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə İspaniya mətbuatı III Karlos İnstitutunun Gündəlik Ölüm Həddinə Nəzarət Sisteminə (MoMo) istinadən məlumat yayıb. İnstitutun məlumatına görə, ölüm hallarının demək olar yarısı – 1 149 hadisə avqustun 3-dən 18-dək olan istilər zamanı baş verib. Kanar adalarında yayda 51 ölüm halı qeydə alınıb, onlardan 15-i avqustda, 36-sı iyulda olub. “İstilikdən ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı (2 529) və xüsusilə də 75 yaşdan yuxarı (2 347 nəfər, onlardan 1 747 nəfəri 85 və daha yuxarı yaşda olub) insanlar arasında baş verib”, – məlumatda deyilir. Sistem məlumatlarına əsasən, ölənlərin 1 579-u qadın, 1 056-sı isə kişi olub.

Qeyd edək ki, yüksək temperaturla bağlı buyaykı 2 635 ölüm halı ötən ilin analoji dövrü (1856 nəfər) ilə müqayisədə 40 % çoxdur.

Əlaqəli Xəbərlər