Azərbaycanla NATO arasında 2025-ci il üçün təsdiq olunmuş “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Quru Qoşunlarının “N” hərbi hissəsində Müdafiə Nazirliyinin nümayəndələrinin və NATO-nun nümayəndə heyətinin iştirakı ilə ekspert görüşü keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, görüşdə Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislər tərəfindən müxtəlif brifinqlər təqdim edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Tərəflər, həmçinin ölkəmizin NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində qurulan əlaqələrinin cari vəziyyətini təhlil edib, perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Sonda qonaqlara hədiyyələr təqdim olunub.