“Məşhur rus təbliğatçıları Rusiya Federasiyasından qaçıblar”…





“Orta seqment”dən olan ruslar çağırış vərəqələri almağa başlayıblar.



…Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə pisləyən rusiyalı Bi-2 qrupunun lideri Yeqor Bortnik işğalçı ölkədə gözlənilən səfərbərlikdən danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qlavred yazır.

İnstaqram səhifəsində Yeqor, çağırışlarla dolu Rusiya şəhərinin şəklini göstərdiyi bir nəşr edib.

…Payız gəlir. Orta sosial təbəqədən olan bütün yoldaşlarım və dostlarım ötən gün demək olar ki, eyni vaxtda elektron çağırış alıblar. Nə yaxşı ki, çoxları artıq gedib… Varlıların uşaqları xidmətə getməyəcək. Siz, uşaqlarınız və ərləriniz, atalarınız, hətta qadınlar da gedəcəksiniz.

Bunu Bortnik yazıb.

O, həmçinin rusiyalı təbliğatçılar Kseniya Sobçak, rejissorlar Konstantin Boqomolov və Fyodor Bondarçukun Rusiya Federasiyasını tərk edərək hazırda İspaniyada olduqlarını bildirib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər