Uğursuz zarafat üçün gənc rusiyalını 7 ilə qədər həbs gözləyir…


.Sankt-Peterburqun mərkəzində 19 yaşlı yerli sakin məşəl tapançasından atəş açıb.

SİA xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Gənc bunu zarafat üçün etdiyini deyib, lakin atəş səsləri yerli sakinləri və yoldan keçənləri qorxuya salıb.

Hadisə gecə saatlarında Qoroxovaya küçəsində baş verib. Nəticədə atəş açan şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (“Xuliqanlıq”) maddəsi ilə cinayət işi açılıb. Onu 7 ilə qədər həbs gözləyir.

Bundan əvvəl Çelyabinsk vilayətinin Miass şəhərində həyat yoldaşına atəş açan 45 yaşlı kişi saxlanılıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər