“Avropada ümumiyyətlə liderlik böhranı artıq bir neçə ildir davam edir və bu böhranın əsas səbəbi globalistlərin apardığı siyasətin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.
Siyasi şərhçi sözlərinə belə davam edir: “Çox təəssüf ki, Avropa İttifaqı indi hardasa Avropada SSRİ-nin oynadığı funksiyanı oynayır. Avropada artıq klassik dəyərlər sıradan çıxarılır. Ona görə də məhz bu, Avropada liderlik böhranının nəticəsidir ki, bugün biz Avropanı bu vəziyyətdə görürük. Fransa kimi ölkədə dəfərlərlə Makrona etimadsızlıq göstərilir. Vaxtı ilə Şarl Deqolun rəhbərlik etdiyi Fransiya ilə indiki Macron dövrünü müqayisə etmək mümkün deyil. Yəni, müqayisə olunası fiqurlar deyillər və yaxud İngiltərəyə baxsaq, Çörçill kimi bir liderin əvəzinə Starmen kimi liderlər Çörçillə müqayisədə çox zəif liderlər olublar. Almaniyada isə liderliyi yeni insanlar ələ alır, bu insanlar globalistlərin himayəsi ilə seçkilərdə qalib gəlir və təbii ki, onların tapşırıqlarını yerinə yetirməlidirlər. Bu da bugünkü vəziyyətə gətirib çıxarıb. Bunun ən bariz nümunəsi, Trampla yaxın vaxtlarda baş tutan Avropa liderlərinin görüşüdür. Çox utancverici bir görüş idi. Belə ki, 27 Avropa ölkəsi adından yalnız 5 nəfər iştirak edir: Fransa, İngiltərə, Almaniya, İtaliya və Finlandiyanın prezidentləri Trampın şəxsi dostu olduğu üçün dəvət olunmuşdu. Bu 5 ölkə 27 ölkə adından danışır. Bu da mənim dediklərimi təsdiqləyir ki, sanki bir SSRİ tipli idarəetmə üsulu yaradılıb. Axı, Avropadan ölkələr var ki, bu liderlərin fikirləri ilə razılaşmırlar. Məsələn, Macarıstan, Slovakiya və digər bir sıra dövlətlər açıq fikirlərini hələ bildirmirlər. Trampın qarşısında orta məktəb şagirdi kimi oturmaq və onların icazə ilə danışdırılması qoca Avropa üçün təbii ki, Çörçillərin, Helmit Holun və digər böyük liderlərin ruhuna təhqirdir. Görün, haradan gəlib hara çıxmışlar. Xatırladaq ki, İkinci Dünya Müharibəsində Yalta konfransında İngiltərə, Amerika və Sovet İttifaqı eyni çəkidə iştirak edirdilər. Bu gün isə Amerika prezidenti qarşısında bu Avropa liderləri ibtidai sinif şagirdi kimi otururlar. Trampın İlham Əliyevi özünə bərabər tərəfdaş kimi görməsi təbii ki, bu, qürurverici bir haldır.
Azərbaycan Prezidenti ilə bu səviyyədə görüş keçirilir və Azərbaycan Prezidenti Oval kabinetdə daha sərbəst, daha bərabər hüquqlu qarşılanır. Bu ondan irəli gəlir ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, tam müstəqil siyasət yeridir və heç bir dövlətin diqtəsi ilə hərəkət etmir. Heç bir dövlətin diqtəsi ilə daxili siyasət müəyyənləşmir. Bütün yürüdülən xarici siyasət ilk növbədə Azərbaycanın milli maraqları üzərində qurulur. Təbii ki, bu da çox yüksək qiymətləndirilir ki, prezidentin apardığı tam müstəqil siyasət onun o səviyyədə qarşılanmasına əsaslar yaradıb. Donald Tramp bilir ki, bu dövlətlər kimlərin diqtəsi ilə hərəkət edir. Məsələn, Azərbaycan dövləti tamamilə öz milli maraqları çərçivəsində hərəkət edir. Azərbaycan Prezidenti yalnız Azərbaycanın milli maraqları çərçivəsində addımlar atır. Amerika kimi bir dövlətin prezidenti ölkə başçılarını qəbul edərkən onların xarici siyasəti və cəmiyyətdəki nüfuzu haqqında məlumatlar əldə edir və uyğun addımlar atılır. Bu məlumatlardan Azərbaycanın liderinin qorxmaz xarici siyasət apardığı və cəsarətli addımlar atdığı barədə Trampın məlumatlandırıldığına mənim şübhəm yoxdur. Bütün bunlar məhz İlham Əliyevin tam müstəqil siyasət yeritməsindən irəli gəlir. Ölkə prezidenti heç kiminsə marağını başqasının marağı üçün qurban vermir. Bütün siyasətinin başında Azərbaycan Respublikasının milli maraqları dayanır”.