Mürsəl İbrahimov Qaxda vətəndaşları qəbul edib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Qax rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Qəbulda 2 şəhid ailəsi və 3 müharibə iştirakçısı olmaqla 22 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Əlaqəli Xəbərlər