…Cənubi Koreya prezidenti Li Çje-Men Müstəqillik Günündə etdiyi son çıxışında əsas diqqət Şimali Koreyaya yönəlib. O, 2018-ci il hərbi deeskalasiya sazişini bərpa edəcəyini vəd edib və sərhəddə təbliğat balonlarının və audio yayımların buraxılmasının dayandırılması kimi gərginliyin azaldılması istiqamətində addımları qeyd edib.
SİA xəbər verir ki, Bu barədə TIME jurnalı məlumat yayıb.
Lakin Pxenyanın cavabı sərt olub. Şimali Koreya lideri Kim Jong-un nüvə silahının artdığını elan edib, bacısı Kim Yo-jonq isə Cənubi Koreya-ABŞ birgə təlimlərini pisləyərək Seulun təkliflərini bir daha rədd edib.
Çünki Şimali Koreya münasibətlərin istiləşməsindən heç bir fayda görmür. Seul əvvəllər bunun üçün milyardlarla dollar mənbəyi olub, lakin 2017-ci ildən bəri BMT-nin sərt sanksiyaları genişmiqyaslı iqtisadi əməkdaşlığı mümkünsüz edib.
Rejim Çindən yardım və silah satışından gəlir əldə etdiyinə görə Pxenyanın Cənubi Koreyanın humanitar yardımında heç bir marağı yoxdur. Şimali Koreyanın həqiqətən istədiyi pul və resurslardır.
Bununla belə, Seul sanksiyaları açıq şəkildə poza bilməz. Ona görə də irəliləyişin açarı Vaşinqtondadır: onların zəifləməsinə yalnız ABŞ nail ola bilər.
Və ekspertlərin qeyd etdiyi kimi, reallıqda yalnız Donald Tramp belə bir addım atmağa cəsarət edə bilər. İlk səlahiyyət müddətində o, artıq 2019-cu ildə Hanoyda keçirilən sammitdə Pxenyanla razılaşmağa çalışdı, lakin danışıqlar nəticəsiz qaldı.
Buna baxmayaraq, Tramp bu yaxınlarda “münaqişəni həll etməyə” hazır olduğunu bəyan edib. Uğur yalnız Şimalı Koreyanın Çin və Rusiyadan asılılığını azaltmağa imkan verən nüvə silahlarına nəzarət sazişi formatında mümkündür. Bununla belə, belə bir nəticənin olma ehtimalı son dərəcə aşağı olaraq qalır: ABŞ və Şimali Koreya arasında birbaşa dialoq olmadan Koreyalararası münasibətlərdə irəliləyiş mümkün deyil.
Əli Babayev