“New York Post” Trampı Putinin “zəif nöqtəsinə” basmağa çağırıb

Bu, “Nobel” mükafatını qazanmağın və “Cənnətə getməyin” yeganə yoludur… …Ukraynada müharibəyə son qoymaq üçün ABŞ prezidenti Donald Tramp işğalçı ölkə Rusiyaya maliyyə təzyiqi göstərməlidir, ancaq bu “dil”i Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin başa düşür. SİA-nın məlumatına görə, bu barədə “New York Post” qəzetinin avqustun 20-də dərc olunmuş redaktor məqaləsində deyilir. Media Rusiyanın Ukraynada sülhün bərqərar olmasını gecikdirdiyinə diqqət çəkib (Trampın Putinlə söhbətindən sonra Ukraynanın atəşə tutulması daha da güclənib-A.B.), ona görə də Tramp Putinin “zəif nöqtəsinə” təzyiq göstərməlidir. Jurnalistlər hesab edirlər ki, Tramp Putini Ukrayna…

Daha çox

Xəstəliklər insana həyatda səhvlərini dərk etmək üçün verilir..?

…və bəzən ölümü qəbul etməklə özümüzdə yeni həyat tapa bilərik …Sevilən birimiz ölümcül bir xəstəliklə qarşılaşdıqda, bir çoxumuz özümüzü çaşqınlıq, qorxu və ümidsizlik vəziyyətində tapırıq. Necə kömək edəcəyimizi bilmədən, sadəcə oturub günləri sayaraq qaçılmaz olanı gözləyirik. Belə anlarda daxili resursları tapmaq və bu vəziyyətdə necə dəyərli, hətta müsbət bir şey görə biləcəyinizi başa düşmək vacibdir. SİA-nın məlumatına görə, psixoloq Sergey Lunyuşin bu mövzuda öz təcrübəsini və fikirlərini bölüşüb. …İş ondadır ki, vaxtilə ağır xəstəlikdən əziyyət çəkirdim. Özüm də ölüm ayağında olan insan rolunda idim… Ondan…

Daha çox

The Wall Street Journal: Tramp seçim qarşısındadır…

Sülh diplomatiyası iflasa uğradı… Prezidentlər Donald Tramp və Vladimir Putin arasında Alyaskada danışıqlardan cəmi bir həftə və Ağ Ev sammitindən dörd gün sonra məlum oldu ki, prezident Trampın tezliklə sülhə nail olmaq üçün yeni cəhdləri, görünür, yenidən dalana dirənib və ABŞ prezidentinin özünün nikbinliyi səngiyib. SİA-nın məlumatına görə, bu barədə The Wall Street Journal yazır. Cümə axşamı, avqustun 21-də Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb ki, Ukraynanın Rusiya ərazisinə hücumlar olmadan müharibədə qalib gəlmək şansı faktiki olaraq yoxdur. …Bu, hücum oynamağa icazə verilməyən fantastik…

Daha çox

Lukaşenko Putinin Zelenskinin ofisini vurmaq təklifindən danışıb…

Rusiya prezidenti Vladimir Putinə Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevin Bankova küçəsindəki ofisini Rusiyanın “Oreşnik” raket kompleksi ilə vurmaq təklif edilib. SİA-nın məlumatına görə, “Pul Pervoqo” Telegram kanalı xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərlə söhbəti zamanı bildirib. Lukaşenko Putinin adı açıqlanmayan şəxslərdən Zelenskinin ofisinə zərbə endirmək təklifi ilə bağlı daxili məlumatları paylaşıb. Bundan əvvəl Aleksandr Lukaşenko “Oreşnik” raket sisteminin 2025-ci ilin sonuna kimi ölkə ərazisində yerləşdiriləcəyini bəyan edib. O, bu barədə Vladimir Putinlə 2025-ci ilin mayında Volqoqradda razılığa gəlib. Bundan əvvəl Vladimir Putin “Oreşnik” raket sisteminin döyüş…

Daha çox

Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib

ABŞ-nin müdafiə naziri Pit Heqset Vaşinqtonda iki minə yaxın Milli Qvardiya hərbçisinin silahlanmasına icazə verib. SİA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Qeyd olunub ki, ehtiyac yaranarsa hərbçilərin bu silahlardan istifadə etmək hüququ olacaq. “Fox News”a ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi deyib: “Müdafiə nazirinin göstərişi ilə Vaşinqtondakı Birləşmiş Əməliyyat Qrupunun hərbçiləri ölkəmizin paytaxtında cinayətlərin azaldılması missiyasına dəstək verərək, missiyalarına və təlimlərinə uyğun olaraq, onlara verilən silahlarla öz tapşırıqlarını yerinə yetirməyə başlayacaqlar”.

Daha çox

Abramoviçin iki yaxtası sıradan çıxıb…

Hər iki gəmi bir neçə ildir ki, Avropa limanlarına girmir… …Roman Abramoviçin iki ən böyük super yaxtası – Solaris və Eclipse Türkiyədə təmir işləri aparır. SİA-nın məlumatına görə, “Luxurylaunches” portalı xəbər verir ki, raket əleyhinə müdafiə sistemləri və digər hərbi təyinatlı texnologiyalarla təchiz edilmiş hər iki gəmi sanksiyalara görə bir neçə ildir ki, Avropa limanlarına girmir və Türkiyə sularında “təhlükəsiz sığınacaq” tapır. 2025-ci ilin avqustunda Almaniyada 2021-ci ildə təxminən 600 milyon dollara inşa edilən 140 metrlik Solaris planlı təmir üçün İzmit körfəzinə gəlib. Bu, dünyanın…

Daha çox