Rusiya prezidenti Vladimir Putinə Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevin Bankova küçəsindəki ofisini Rusiyanın “Oreşnik” raket kompleksi ilə vurmaq təklif edilib.
SİA-nın məlumatına görə, “Pul Pervoqo” Telegram kanalı xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərlə söhbəti zamanı bildirib.
Lukaşenko Putinin adı açıqlanmayan şəxslərdən Zelenskinin ofisinə zərbə endirmək təklifi ilə bağlı daxili məlumatları paylaşıb.
Bundan əvvəl Aleksandr Lukaşenko “Oreşnik” raket sisteminin 2025-ci ilin sonuna kimi ölkə ərazisində yerləşdiriləcəyini bəyan edib.
O, bu barədə Vladimir Putinlə 2025-ci ilin mayında Volqoqradda razılığa gəlib.
Bundan əvvəl Vladimir Putin “Oreşnik” raket sisteminin döyüş şəraitində istifadəsini qiymətləndirib. O bildirib ki, artıq Rusiyada bu raket sisteminin seriyalı istehsalı aparılır.
Əli Babayev