Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib


ABŞ-nin müdafiə naziri Pit Heqset Vaşinqtonda iki minə yaxın Milli Qvardiya hərbçisinin silahlanmasına icazə verib.

SİA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, ehtiyac yaranarsa hərbçilərin bu silahlardan istifadə etmək hüququ olacaq.

“Fox News”a ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi deyib: “Müdafiə nazirinin göstərişi ilə Vaşinqtondakı Birləşmiş Əməliyyat Qrupunun hərbçiləri ölkəmizin paytaxtında cinayətlərin azaldılması missiyasına dəstək verərək, missiyalarına və təlimlərinə uyğun olaraq, onlara verilən silahlarla öz tapşırıqlarını yerinə yetirməyə başlayacaqlar”.

Əlaqəli Xəbərlər