Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onunla əlaqəli olduğu iddia edilən şəxslərə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı iki fərman imzalayıb. SİA xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib. O qeyd edib ki, fərmanlardan biri çərçivəsində Ukrayna sanksiyaları Kanada sanksiyaları ilə sinxronlaşdırılır. Belə ki, məhdudiyyətlər 139 fiziki və hüquqi şəxsə şamil olunacaq.
Daha çoxDay: August 24, 2025
Türkiyənin iki vilayətində meşə yanğını başladı
Türkiyənin Dənizli və Malatya vilayətlərində meşə yanğınları başlayıb. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Dənizli vilayətinin Pamukkale rayonunda meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Hazırda hadisə yerinə 3 təyyarə, 11 helikopter, 50 su maşını və canlı qüvvə göndərilib. Malatya vilayətinin Doğanyol rayonunda da naməlum səbəbdən meşə yanğını başlayıb. Hadisə nəticəsində meşəlik ərazidə olan bir ev yanıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda hər iki ərazidə olan yanğına havadan və qurudan müdaxilə edilərək söndürülməsinə çalışılır.
Daha çoxTəxminən 1700 Milli Qvardiya əsgəri ştatlara yeridilir
ABŞ-da təxminən 1700 Milli Qvardiya əsgəri qeyri-qanuni mühacirlərlə mübarizə üçün ABŞ-ın 19 ştatına yeridiləcək. SİA xəbər verir ki, bu barədə Pentaqondakı mənbələr məlumat yayıb. Məlumata görə, ən çox hərbçi Texas ştatına yerləşdiriləcək.
Daha çoxİsrail hərbçiləri Qəzzada mövqelərini möhkəmləndirir
İsrail ordusu Qəzza şəhərində mövqelərini möhkəmləndirir. SİA xəbər verir ki, İsrail tankları Qəzzanın daha bir rayonuna – Sabraya daxil olub. Bu həftənin əvvəlində Zeytun rayonunda İsrail ordusunun zirehli texnikası görünüb. Bundan əvvəl ordunun Qəzza şəhərinin ətrafını işğal etdiyi məlum olub. Xatırladaq ki, avqustun 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza şəhəri üzərində İsrail ordusu tərəfindən nəzarətin yaradılması planını təsdiqləyib. Bu plan həm İsrail daxilində, həm də xaricdə tənqidlərə səbəb olub.
Daha çoxDünyanın ən aktiv vulkanı yenidən püskürüb
ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanı yenidən fəallaşıb. SİA xəbər verir ki, püskürmə zamanı lava 100 metr yüksəyə qalxıb. Püskürmə insan həyatı və fəaliyyəti üçün təhlükə yaratmayıb. Kilauea dünyada ən aktiv vulkan hesab edilir. 2024-cü ilin dekabrından indiyədək 34 püskürmə qeydə alınıb.
Daha çoxKanadada 400 dəvəquşu ilə bağlı ölüm hökmü verildi
Kanadanın Federal Apellyasiya Məhkəməsi Britaniya Kolumbiyasında fermada quş qripinin yayılma təhlükəsi səbəbindən 400 dəvəquşunun məhv edilməsi barədə qərarı qüvvədə saxlayıb. SİA xəbər verir ki, bu barədə “The Boston Globe” məlumat yayıb. Bildirilib ki, “Universal Ostrich Farms” sahibləri Karen Espersen və Dave Bilinski fermaya quş xəstəliyi diaqnozu qoyulduğu 2024-cü ilin dekabr ayından bəri qərara uğursuz şəkildə etiraz edirlər. Hadisə 36 gün ərzində 69 dəvəquşu və ya ümumi əhalinin təxminən 15%-nin ölümü ilə başlayıb. Ölən quşlardan ikisi üzərində aparılan laboratoriya testləri quş qripinin yüksək patogenli ştamının olduğunu təsdiqləyib. “Federal apellyasiya məhkəməsi keçən…
Daha çoxVaşinqton Bəyannaməsi və Qafqazın yeni geosiyasi arxitekturası…
2025-ci ildə Cənubi Qafqazdakı vəziyyət müxtəlif qüvvələrin eyni vaxtda hərəkət etdiyi nadir yolayrıcına bənzəyir: Azərbaycan ilə Ermənistan arasında Qərbin himayəsi ilə sürətlənən normallaşma, Ermənistanın Rusiyanın “çətirli” təhlükəsizliyindən rəvan uzaqlaşması, Orta Dəhlizinin nəqliyyat və enerji komponentinin gücləndirilməsi və buna əks olaraq, İranın ehtiyatlılığı və Avropaya inteqrasiya ilə daxili normativ inkişaf etdirmə arasında tarazlıq saxlayan Gürcüstanın seqmentləşdirilmiş gündəliyi. Hadisələrin tempi 8 avqust 2025–ci il tarixli Vaşinqton Bəyannaməsi ilə müəyyən edilib. Bu, Zəngəzur dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu -TRİPP) ətrafında qurulmuş Azərbaycan ilə Ermənistan arasında sülh yolu ilə nizamlanmanın siyasi…
Daha çox“Çin Ukraynaya qoşun göndərməyə hazırdır…”
Çin Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib. Lakin Pekin qüvvələrin BMT mandatı altında yerləşdirilməsini istəyir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Die Welt” yazıb. Avropa İttifaqı diplomatları Çin hökumətindəki mənbələrə istinadən nəşrə bildiriblər ki, Çin yalnız BMT mandatı əsasında Ukraynaya qoşun yeritməyə hazır olacaq. Brüssel Pekinin planına müxtəlif reaksiyalar verib. Bir tərəfdən, Avropa İttifaqı hesab edir ki, bu, Qlobal Cənubda dünyanı izləmək üçün qoşun yerləşdirmək istəyən ölkələr üçün cazibə ola bilər. Digər tərəfdən, Avropa İttifaqı Çinin Ukraynada casusluq etmək istəyəcəyindən və “münaqişə baş verərsə, neytral mövqe əvəzinə açıq-aşkar rusiyayönlü…
Daha çox“Politico”: “Ukrayna raketi Kremli qorxudur…”
Artıq nə qədər “Flaminqo”nun Ukrayna ilə xidmətdə olduğu məlum olub… Müttəfiqlər Ukraynanın təhlükəsizliyini necə gücləndirmək barədə müzakirələri davam etdirərkən, Kiyev öz inkişaflarına mərc edir. SİA-nın məlumatına görə, “Politico” yazır ki, Ukraynanın Fire Point Defence şirkəti artıq sınaqlardan keçmiş və seriya istehsalı üçün hazırlanan ən son qanadlı raket olan “Flamingo FP-5”-i təqdim edib. Sürətli, güclü, istehsalı asan …“Flaminqo”nun əsas xüsusiyyəti onun 3000 kilometrə qədər uçuş məsafəsi və bir tondan artıq çəkisi olan döyüş başlığıdır. Bu o deməkdir ki, raket Rusiyanın Avropa ərazisində istənilən hədəfi vurmağa qadirdir. Şirkətin baş…
Daha çoxBakıda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
Avqustun 23-də Bakının Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib. SİA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunan tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər. Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə keçirilən və maraqlı interaktiv tədbirlər də yer aldığı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verib,…
Daha çox