Fridrix Merz iqtisadi vəziyyəti struktur böhranı adlandırıb…


Almaniya kansleri Fridrix Merz bildirib ki, ölkənin iqtisadi problemlərinin həlli gözlənildiyindən qat-qat çətin olub. Bu barədə Bloomberg məlumat yayıb.

Onun sözlərinə görə, bu, müvəqqəti zəiflik deyil, milli iqtisadiyyatda struktur böhranıdır.

SİA-nın məlumatına görə, avtomobil istehsalçısı Volkswagen AG-nin yerləşdiyi Aşağı Saksoniyada Xristian Demokrat İttifaqının üzvləri ilə görüşdə çıxış edən Merz qarşıdakı günlərdə cəmiyyətdə problemlərin miqyası barədə anlayışın yaradılmasının vacibliyini vurğulayıb.

Nümunə kimi, kansler Volkswagen-in vergilərdən sonra ikinci rübdə mənfəətinin 36 faiz azaldığını göstərərək, bunu iqtisadiyyat üçün həyəcanverici siqnallardan biri adlandırıb.

O qeyd edib ki, ölkə müəssisələrinin əhəmiyyətli hissəsi xüsusilə qiymət seqmentində yüksək rəqabət qabiliyyətini itirib.

Merz əlavə edib ki, yüksək məhsul keyfiyyətini saxlamaqla yanaşı, biznes rəhbərliyi mövcud çətinliklərdən xəbərdardır. Lakin onun qiymətləndirməsinə görə, son on ildə Almaniyada biznesin aparılması şərtləri demək olar ki, yaxşılığa doğru dəyişməyib.

Xatırladaq ki, Almaniya ölkədən gedənlər üçün vergini sərtləşdirməklə vətəndaşların ölkədən çıxmasının qarşısını almağa çalışır.

Həmçinin Almaniyanın kimya sənayesi Bayer, BASF və digər əsas oyunçulara məxsus müəssisələrin bağlanması ilə xarakterizə olunan tənəzzül dövrünü yaşayır.

Əli Babayev

Əlaqəli Xəbərlər