…Rusiya Federasiyasının Krasnodar vilayətində təxribat nəticəsində Rusiya hərbçilərinin avtomobilləri sıradan çıxarılıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə bazar günü, avqustun 24-də “ATƏŞ” partizan hərəkatı məlumat yayıb.
Bildirilir ki, agent maşınların nəzarətsiz qalmasından istifadə edərək onlara partlayıcı qurğular yerləşdirib.
…Rusiya hərbçilərinin yaxınlaşması fərq edən agentlər aradan çıxıb və uzaqdan idarə olunan partlayıcını işə salıblar.
Maşınlarının partladığını görən rus hərbçilər çaşqınlıq içində hadisə yerindən qaçıblar.
Qeyd edək ki, “ATƏŞ” yanğının görüntülərini dərc edib.
Əli Babayev