…Və nəhayət, ABŞ prezidenti bütün kartları əlində saxlayır …Rusiya üzrə aparıcı ekspertlərdən biri, amerikalı tarixçi və politoloq Stiven Kotkin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı vəziyyəti və münaqişənin həllində Donald Trampın rolunu şərh edib. O hesab edir ki, Trampın “Putinin kuklası” stereotipi absurddur – əslində Rusiya prezidenti amerikalı həmkarından qorxur, çünki o, ona ciddi zərər vurmağa qadirdir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” yazır. …Heç kim Putinə prezident Trampdan daha çox zərər verə bilməz. Putin əslində Trampdan qorxur. Ona ciddi…
Daha çoxDay: August 24, 2025
O vaxt Priqojin Moskvaya yürüşü niyə dayandırdı?
Priqojinin anası “The Guardian”-a onun Moskvaya yürüşü haqqında danışıb… …Rusiya hərbi komandiri və “Vaqner” hərbi sənaye kompleksinin rəhbəri Yevgeni Priqojin Rusiya hökumətinə qarşı uğursuz üsyandan sonra “məhkum” görünürdü və anasına öləcəyini gözlədiyini söyləmişdi. Moskva hələ də Priqojinin anasına oğlunun başına gələnləri danışmayıb. 85 yaşlı Violetta Priqojina etiraf edib ki, “Vaqner”in rəhbəri onun ölümünü 2023-cü ilin yayında baş vermiş biznes təyyarəsinin qəzaya uğramasından bir neçə gün əvvəl proqnozlaşdırıb. SİA-nın məlumatına görə, o, bu barədə Rusiya mətbuatına müsahibəsində deyib. …Mən onu axırıncı dəfə görəndə ölümə məhkum görünürdü.…
Daha çoxÜfüqdə kadr böhranı..?
Rusiya Əmək Nazirliyi miqrantlar üçün kvotaları necə azaltmaq niyyətindədir..? …Rusiya Əmək Nazirliyi iqtisadiyyatın bir sıra əsas sektorlarında məşğulluq strukturunun dəyişdirilməsi istiqamətində addımlar atır. 2026-cı ildə ictimai iaşə, tikinti və pərakəndə ticarət də daxil olmaqla doqquz sektorda əcnəbi işçilərin icazə verilən payının əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır. SİA-nın məlumatına görə, qətnamə layihəsinin ortaya çıxması belə bir təşəbbüsün mümkün nəticələrindən narahat olan işgüzar dairələr və ekspertlər arasında müzakirə dalğasına səbəb olub. …Və bu sahə üzrə rusiyalı ekspert Yakov Yakuboviç bu məsələ ilə bağlı danışıb. Onun dediyinə görə, Əmək…
Daha çoxZelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onunla əlaqəli olduğu iddia edilən şəxslərə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı iki fərman imzalayıb. SİA xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib. O qeyd edib ki, fərmanlardan biri çərçivəsində Ukrayna sanksiyaları Kanada sanksiyaları ilə sinxronlaşdırılır. Belə ki, məhdudiyyətlər 139 fiziki və hüquqi şəxsə şamil olunacaq.
Daha çoxTürkiyənin iki vilayətində meşə yanğını başladı
Türkiyənin Dənizli və Malatya vilayətlərində meşə yanğınları başlayıb. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Dənizli vilayətinin Pamukkale rayonunda meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Hazırda hadisə yerinə 3 təyyarə, 11 helikopter, 50 su maşını və canlı qüvvə göndərilib. Malatya vilayətinin Doğanyol rayonunda da naməlum səbəbdən meşə yanğını başlayıb. Hadisə nəticəsində meşəlik ərazidə olan bir ev yanıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda hər iki ərazidə olan yanğına havadan və qurudan müdaxilə edilərək söndürülməsinə çalışılır.
Daha çoxTəxminən 1700 Milli Qvardiya əsgəri ştatlara yeridilir
ABŞ-da təxminən 1700 Milli Qvardiya əsgəri qeyri-qanuni mühacirlərlə mübarizə üçün ABŞ-ın 19 ştatına yeridiləcək. SİA xəbər verir ki, bu barədə Pentaqondakı mənbələr məlumat yayıb. Məlumata görə, ən çox hərbçi Texas ştatına yerləşdiriləcək.
Daha çoxİsrail hərbçiləri Qəzzada mövqelərini möhkəmləndirir
İsrail ordusu Qəzza şəhərində mövqelərini möhkəmləndirir. SİA xəbər verir ki, İsrail tankları Qəzzanın daha bir rayonuna – Sabraya daxil olub. Bu həftənin əvvəlində Zeytun rayonunda İsrail ordusunun zirehli texnikası görünüb. Bundan əvvəl ordunun Qəzza şəhərinin ətrafını işğal etdiyi məlum olub. Xatırladaq ki, avqustun 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza şəhəri üzərində İsrail ordusu tərəfindən nəzarətin yaradılması planını təsdiqləyib. Bu plan həm İsrail daxilində, həm də xaricdə tənqidlərə səbəb olub.
Daha çoxDünyanın ən aktiv vulkanı yenidən püskürüb
ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanı yenidən fəallaşıb. SİA xəbər verir ki, püskürmə zamanı lava 100 metr yüksəyə qalxıb. Püskürmə insan həyatı və fəaliyyəti üçün təhlükə yaratmayıb. Kilauea dünyada ən aktiv vulkan hesab edilir. 2024-cü ilin dekabrından indiyədək 34 püskürmə qeydə alınıb.
Daha çoxKanadada 400 dəvəquşu ilə bağlı ölüm hökmü verildi
Kanadanın Federal Apellyasiya Məhkəməsi Britaniya Kolumbiyasında fermada quş qripinin yayılma təhlükəsi səbəbindən 400 dəvəquşunun məhv edilməsi barədə qərarı qüvvədə saxlayıb. SİA xəbər verir ki, bu barədə “The Boston Globe” məlumat yayıb. Bildirilib ki, “Universal Ostrich Farms” sahibləri Karen Espersen və Dave Bilinski fermaya quş xəstəliyi diaqnozu qoyulduğu 2024-cü ilin dekabr ayından bəri qərara uğursuz şəkildə etiraz edirlər. Hadisə 36 gün ərzində 69 dəvəquşu və ya ümumi əhalinin təxminən 15%-nin ölümü ilə başlayıb. Ölən quşlardan ikisi üzərində aparılan laboratoriya testləri quş qripinin yüksək patogenli ştamının olduğunu təsdiqləyib. “Federal apellyasiya məhkəməsi keçən…
Daha çoxVaşinqton Bəyannaməsi və Qafqazın yeni geosiyasi arxitekturası…
2025-ci ildə Cənubi Qafqazdakı vəziyyət müxtəlif qüvvələrin eyni vaxtda hərəkət etdiyi nadir yolayrıcına bənzəyir: Azərbaycan ilə Ermənistan arasında Qərbin himayəsi ilə sürətlənən normallaşma, Ermənistanın Rusiyanın “çətirli” təhlükəsizliyindən rəvan uzaqlaşması, Orta Dəhlizinin nəqliyyat və enerji komponentinin gücləndirilməsi və buna əks olaraq, İranın ehtiyatlılığı və Avropaya inteqrasiya ilə daxili normativ inkişaf etdirmə arasında tarazlıq saxlayan Gürcüstanın seqmentləşdirilmiş gündəliyi. Hadisələrin tempi 8 avqust 2025–ci il tarixli Vaşinqton Bəyannaməsi ilə müəyyən edilib. Bu, Zəngəzur dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu -TRİPP) ətrafında qurulmuş Azərbaycan ilə Ermənistan arasında sülh yolu ilə nizamlanmanın siyasi…
Daha çox