Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskini təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: Hörmətli cənab Prezident, 24 Avqust – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm. Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır. Hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən…
Daha çoxDay: August 24, 2025
İranda antiterror əməliyyatı
İran kəşfiyyatı ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qrupu zərərsizləşdirib. SİA “Mehr” agentliyinə istinadən xəbər verir ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib. Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb. Qeyd olunub ki, terror qrupu Şərqi İranda “kritik obyekt”i hədəf almağı planlaşdırırdı.
Daha çoxABŞ-da avtobus qəzaya uğrayıb, azı 21 nəfər xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhəri (Pensilvaniya ştatı) yaxınlığında avtobus qəzaya uğrayıb. Qəza nəticəsində Amerikanın gənclərdən ibarət futbol komandasının azı 21 futbolçusu xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb. Məlumata görə, avtobusda 25 futbolçu və onları müşayiət edən üç böyük olub. Polis hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Daha çoxUkrayna dronlarla Rusiyanı vurdu
Ukrayna Silahlı Qüvvələri dronlardan istifadə edərək Rusiyanın Bryansk şəhərinin Sovetskiy rayonuna hücum həyata keçirib. SİA xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb. Onun sözlərinə görə, xəsarət alan olmayıb. “Çoxmənzilli binalardan birinin fasadı və şüşələri zədələnib”, – deyə qubernator əlavə edib.
Daha çoxRusiyaya kütləvi pua hücumu olub
Rusiyaya kütləvi pua hücumu olub
Daha çoxErmənistandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları geri qaytarılıb
Ermənistan ilə Rusiya arasında yenidən gərginlik yaranıb. Rusiya bu dəfə Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsullarını geri qaytarıb. SİA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır. Rusiya tərəfinin iddiasına görə, Ermənistandan Rusiyaya ixrac olunan məhsullar fitosanitar tələblərə cavab vermir. Rusiya tərəfi bir qədər əvvəl digər yükləri, xüsusilə də tikinti materialları daşıyan avtomobilləri ciddi yoxlayıb.
Daha çoxRusiyada Yer yerindən oynadı
Rusiyada Yer yerindən oynadı
Daha çoxŞimali Koreya növbəti raket sınağı keçirib
Şimali Koreya ordusu növbəti raket sınağını həyata keçirib. SİA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Agentlik qeyd edir ki, sınaqlar yeni hava hücumundan müdafiə sisteminin imkanlarını üzə çıxarıb. Raketlər müxtəlif hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
Daha çoxSuriyada druzlar “milli qvardiya”da birləşir
Suriyada Əs-Süveyda əyalətində ən azı 30 silahlı qruplaşma radikal druz şeyxi Hikmət əl-Həcərinin rəhbərliyi altında birləşərək özlərini “milli qvardiya” adlandırıblar. SİA xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb. Məlumata görə, “milli qvardiya”nın vəzifələrinə “sərhədlərin qorunması, silahlı şəxslərin, silah və narkotik qaçaqmalçılığının qarşısının alınması” daxil olacaq. Bundan əlavə, o, əyalətin güc və hərbi qurumlarının “gələcəkdə dövlət strukturuna inteqrasiyasına hazırlıq çərçivəsində” təşkili üzərində işləyəcək. Öz növbəsində, “Asharq al-Awsat” qəzeti qeyd edib ki, bəzi məlumatlara görə, “milli qvardiya”nın sayı 4-5 min döyüşçüyə çata bilər. Nəşr həmçinin bildirib ki, druz liderləri arasında…
Daha çoxBu gün hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.
Daha çox