Çin Rusiya sərhədində yeni liman tikəcək…

…Çinin şimal-şərqindəki Suifenhe sərhəd şəhərində Çin-Rusiya beynəlxalq yük logistika limanı tikiləcək. SİA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Sinxua agentliyi məlumat yayıb. Layihənin sahəsi 23 min kvadratmetrdən çox, ümumi büdcəsi isə 120 milyon yuan (təxminən 17 milyon ABŞ dolları) təşkil edəcək. Kompleksə malların nümayişi, saxlanması və paylanması üzrə yüksək səviyyəli beynəlxalq mərkəz, müasir ofis binaları, eləcə də yüksək səviyyəli tematik otellər daxil olacaq. Təşəbbüsün əsas məqsədi Xeulntszyan əyaləti ilə Şimal-Şərqi Asiya regionları arasında xarici əlaqələri və ticarəti gücləndirmək və e-ticarət şirkətlərinin inkişafına dəstək verməkdir. …Daha əvvəl bildirilib…

Daha çox

Ukraynada 200 mindən çox sakinin təxliyəyə ehtiyacı var

Dnepropetrovsk və Donetsk vilayətlərində 200 mindən çox sakinin təxliyəyə ehtiyacı var. Bunlar təhlükəli ərazilərdə yaşayan insanlardır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu il iyunun 1-dən avqustun 22-dək iki regiondan 64 mindən çox insan təxliyə edilib. Eyni zamanda, hələ də təxliyəyə ehtiyacı olanlar var və onların çoxu uşaqdır. “Daha 237 min insanın təxliyəyə ehtiyacı var – bunlar təhlükəli ərazilərdə yaşamaqda davam edən insanlardır, onların təxminən 17 200-i uşaqlardır”, – deyə məlumatda qeyd olunur. Məlumata görə, Pavloqradda (Dnepropetrovsk vilayəti) tranzit məntəqəsi təxliyə üçün əsas məntəqələrdəndir. Bundan əlavə, Lozovayada (Xarkov vilayəti)…

Daha çox