Putin gələn həftə Çinə dördgünlük səfər edəcək


Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə dördgünlük səfər edəcək. SİA-nın xəbərinə görə, Rusiya liderinin planları barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti Pavel Zarubin məlumat verib.

Qeyd olunur ki, Çində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar planlaşdırılır. Bundan əlavə, Putin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirak etmək niyyətindədir.

Əlaqəli Xəbərlər