Şimali Koreya əsgərləri sərhəddən Cənubi Koreyaya keçiblər…




Cənubi Koreya əsgərləri atəş açıb…



…Koreya Xalq Ordusunun (KXDR) üçə yaxın hərbçisi Şimali və Cənubi Koreyanı ayıran demarkasiya xəttini keçib.

SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hərbi komandanlığa istinadən məlumat yayıb.

Buna cavab olaraq Cənubi Koreya tərəfi xəbərdarlıq atəşi açıb. Hadisə nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil.

ABŞ-ın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının Birgə Komandanlığının (UNC) məlumatına görə, təxminən 30 Şimali Koreyan əsgərindən ibarət qrup tikinti və təmir işlərinin aparıldığı ərazidə demarkasiya xəttini keçib.

Hadisə Seul və Pxenyan arasında münasibətlərin pisləşməsi fonunda baş verib.

Bir gün əvvəl Şimali Koreya Cənubi Koreya hərbçilərinin sərhəd blokadasını gücləndirmək üçün sədd quran əsgərlərinə atəş açdığını iddia edərək Cənubu “təxribatda” ittiham etmişdi.

Əli Babayev

Əlaqəli Xəbərlər