Şirvanda “Konstitusiya işığında suveren yolumuz” adlı sərgi açılıb


Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Konstitusiya işığında suveren yolumuz” adlı sərgi təşkil olunub.

SİA-nın məlumatına görə, Şirvan-Salyan regional mədəniyyət idarəsindən bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhərin Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında keçirilən sərgidə gənc rəssam Aynur Məmmədzadənin, eləcə də muzeyin rəsm dərnəyi üzvlərinin sulu boya, quaş və vitraj texnikasında işlənmiş əsərləri nümayiş etdirilib. Əl işləri əsasən mənzərə, tematik və portret janrlarını əhatə edib.

Sərgi çərçivəsində “face-art” aksiyası da təşkil olunub.

Əlaqəli Xəbərlər