İranın paytaxtı Tehranın şimalındakı fay xətti Rixter cədvəli üzrə 7,2 bal gücündə zəlzələyə səbəb ola bilər. SİA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məlumata görə, bunu ölkənin Böhranın Qarşısının Alınması və İdarə Edilməsi Təşkilatının rəhbəri Əli Nəsiri bildirib. İran rəsmisi həmçinin qeyd edib ki, Rey şəhərindəki fay xətti Tehranda Rixter cədvəli üzrə 6,7 bal gücündə zəlzələyə səbəb ola biləcək ikinci ən böyük tektonik piltənin qırılma nöqtəsidir.