Mətləb Salahov: “Bu ilk növbədə ölkə turizminin tanıdılmasına və ölkəmiz barədə beynəlxalq imicin daha da yüksəlməsinə töhfə verir”
“Azərbaycan Prezidentinin Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam ilk növbədə Azərbaycanın ən polulyar beynəlxalq yarış məkanına çevrilməsi və təhlükəsiz ölkə kimi imicini möhkəmləndirmək baxımından olduqca önəmlidir.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər üçün viza prosedurlarının sadələşdirilməsi turizmin inkişafına, ölkəyə daha çox turist cəlb etmək, mədəniyyətlərarası əlaqələri gücləndirmək və beynəlxalq imici yaxşılaşdırmaq işinə töhfə verir. M.Salahovun qənaətinə görə bu, həm də qanunvericilik səviyyəsində həyata keçirilən tədbirlər vasitəsilə ölkənin turizm sektorunun inkişafına nail olmağın bir hissəsidir.
“Dünyada böyük azarkeş çevrəsi olan Formula 1 yarışları üçün hər yerdən Bakıya insanlar gələcək. Bu ilk öncə Azərbaycanın turzim sektoru, istirahət məkanları və ölkəmizdə təhlükəsiz həyat barədə tanıtımdır. Çünki bir var ölkəmiz barədə reklam çarxlarından məlumatlı olsunlar, bir də var hər şeyi öz gözləri ilə görsünlər. Artıq neçə illərdir ki, bu polulyar yarış ölkəmizdə keçirilir və gələn qonaqlar Bakının müasir və təhglükəsiz şəhər olduğunu öz gözləri ilə görür, ölkəmizi real şəkildə kəşf edirlər. İkinci amil olduqca təsirli və önəmlidir.
Əlbəttdə, bu fakt hər şeydən öncə Azərbaycanın müsbət imici baxımından da əvəzsizdir. Odur ki, belə tədbirlə vasitəsilə Azərbaycana gələn turistlərin sayını artırmaqla yanaşı, həm də ölkənin turizm potensialını göstərmək üçün vacib bir strateji addımdır.”