İngiltərənin Vayt adasında helikopter qəzaya uğrayıb


İngiltərənin Vayt adasında baş verən helikopter qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, helikopter havada fırlanaraq tarlaya düşüb. Hadisə baş verən zaman helikopterdə dörd nəfər olub və onların hava yastıqları açılıb.

Qəza yerinə təcili yardım və polis qüvvələri cəlb edilib, əraziyə gediş-gəliş məhdudlaşdırılıb.

Əlaqəli Xəbərlər