Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçiriləcək görüş iki ölkə arasında əməkdaşlığı gücləndirəcək və Ukraynada münaqişənin inkişafına təsir göstərə bilər. Moskva Pekinlə qarşılıqlı əlaqəni xarici siyasətinin əsas elementi hesab edir.
Ekspertlər qeyd ediblər ki, Rusiya öz milli maraqlarını qorumağı və yeni reallıqların, o cümlədən sərhəd dəyişikliklərinin tanınmasına çalışmağı planlaşdırır.
SİA xəbər verir ki, Tsarqrad nəşrinin yazdığına görə, Putin ABŞ prezidenti Donald Tramp vasitəsilə Rusiyanın öz prioritetlərindən geri çəkilməyə hazır olmadığını çatdırmağa çalışıb.
Onların arasında qərb sərhədlərində təhlükəsizliyin təmin edilməsi və qonşu ölkələrdə rusdilli əhalinin hüquqlarının qorunması da var.
Əli Babayev