Texasda İslama “birdəfəlik son qoyulmalıdır”..?





Konqresin namizədi Quranı yandırarkən özünün təşviqat videosunu yayımlayıb



…Texas ştatından Respublikaçıların Konqresinə namizəd Valentina Qomez Quranı alovla yandırarkən özünün təbliğat videosunu yayımlayıb.

SİA-nın məlumatına görə, bu barədə Timeline Daily xəbər verir.

Videoda Qomez bildirir ki, Texasda İslama “birdəfəlik son qoyulmalıdır”.

Timeline Daily-nin məlumatına görə, Qomez Texasın 31-ci konqres dairəsində ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürür.

O, müsəlmanları xristian ölkələrini zorakılıqla hədələməkdə günahlandırıb və tərəfdarlarını ona qələbə çalmağa çağırıb ki, məqsədinə çata bilsin.

Qomezin videosu sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub.

…İyun ayında naməlum şəxs Liondakı yerli məscidin yaxınlığında Quranı yandırmışdı – o, məbəddən müsəlmanların müqəddəs kitabını oğurlamışdı.

Məscidlər Şurası yerli hakimiyyət orqanlarından hücumçunun hərəkətlərini kəskin şəkildə pisləməyi xahiş edib.

…Bu ilin mart ayında naməlum şəxs İsveçin cənub-qərbindəki Uddevalla bələdiyyəsində məscidə molotov kokteyli atıb. Yanğın yayılmadan söndürülüb.

Əli Babayev

Əlaqəli Xəbərlər