…Minlərlə pakistanlı Belarusa işləməyə gedəcək və Pakistanın təhlükəsizlik qüvvələri “tam yoxlamadan sonra ən yaxşı kadrların Minskə göndərilməsi” üçün bütün səylərini əsirgəməyəcək.
SİA-nın məlumatına görə, Pakistan departamentinin mətbuat xidməti xəbər verir ki, bunu avqustun 27-də Belarusun Daxili İşlər Nazirliyinin rəhbəri İvan Kubrakovla görüşündə Federal Daxili İşlər və Narkotiklərə Nəzarət Naziri Möhsin Naqvi bildirib.
Möhsin Naqvi qeyd edib ki, əvvəllər bağlanmış müqaviləyə əsasən minlərlə pakistanlı işləmək üçün Belarusa gedəcək. …Biz tam yoxlanışdan sonra Belarusa ən yaxşı kadrların göndərilməsi üçün hər cür səy göstərəcəyik.
Mətbuat xidməti onun sözlərini sitat gətirir.
İki ölkənin Daxili İşlər nazirlikləri birgə işçi qrupunun yaradılması barədə razılığa gəlib, narkotiklərlə mübarizə və sərhədlərin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumunun imzalanması barədə razılıq əldə olunub.
Görüşdən sonra Belarus Daxili İşlər Nazirliyi Pakistandan əmək miqrasiyası ilə bağlı hər hansı müzakirə barədə məlumat verməyib.
Bununla belə, Belarus departamentinin mətbuat xidməti Kubrakovun Xaricdəki Pakistanlılar və İnsan Resurslarının İnkişafı üzrə nazir Çaudri Saliq Hüseynlə görüşdüyünü bildirib.
Bundan əlavə, Belarusun Pakistandakı səfiri Andrey Metelitsa və bu ölkənin Daxili İşlər Nazirliyinin katibi Məhəmməd Xürrəm Ağa ekstradisiya haqqında saziş üzrə ratifikasiya sənədlərini mübadilə ediblər.
Xatırladaq ki, aprelin 11-də Aleksandr Lukaşenko Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb.
Siyasətçilər Belarusa İslam Respublikasından 100-150 min əmək miqrantının gəlməsi ilə bağlı razılığa gəliblər.
Bu fikir Belarus sosial şəbəkələrində narahatlıq doğurub.
Əli Babayev